İQTİSADİYYAT


“BOKT Embafinans”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 25 aprel, AZƏRTAC

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BOKT Embafinans" MMC-nin üçüncü tranş üzrə buraxılan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, aprelin 29-da "BOKT Embafinans" MMC-nin 1 milyon AZN həcmində istiqrazlarının ticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 1 ildir və illik faiz dərəcəsi 10,5 faiz olmaqla yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 təqvim ayından bir ödəniləcək. İstiqrazların yerləşdirilməsi üzrə anderrayter "AzFinance İŞ" QSC-dir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.