BÖLGƏLƏRDƏ İDMAN HƏRƏKATI KÜTLƏVİ XARAKTER ALIR
AzerTAg.az
Ağsu rayonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının ildönümünə həsr olunmuş futbol üzrə rayon birinciliyinə yekun vurulmuşdur. Rayon gənclər, idman və turizm idarəsinin rəisi İqbal Mikayılov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, son illər respublikamızda genişlənən kütləvi idman hərəkatı Ağsu bölgəsində də idmanın bu və ya digər sahələrinin, xüsusilə taekvando, voleybol, güləş futbol növlərinin inkişafına güclü təkan vermişdir. Təsadüfi deyildir ki, təkcə son bir ildə 10 nəfərədək ağsulu idmançı respublika və beynəlxalq turnirlərində uğurlu nəticələr əldə etmişlər. Onlardan 5 nəfəri müxtəlif idman növləri üzrə respublika çempionu adını qazanmışdır.
Rayon üzrə 9 komandanın iştirak etdiyi futbol yarışlarında birinci yerə “NTV”, ikinci yerə “Sol-sahil” komandaları çıxmışlar. Qaliblərə hədiyyələr və diplomlar verilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var