İQTİSADİYYAT


BP: Neft tələbatının artım dövrü bitib

Bakı, 14 sentyabr, AZƏRTAC 

BP artan neft tələbatının sona çatdığını elan edən ilk böyük neft şirkəti olub.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin hesabatında deyilir.

Şirkət neft tələbatındakı kəskin artımın sona çatdığını bildirib. BP-yə görə, neft istehlakı koronavirus böhranından əvvəlki səviyyəyə heç vaxt qayıtmayacaq. Ən optimist ssenaridə isə tələbat qarşıdakı 20 ildə böyük ölçüdə üfüqi xətt üzrə davam edəcək.

BP hazırkı vəziyyətin bərpası üçün enerji transformasiyasını və dünyanın fosil yanacaqlardan uzaqlaşmasının vacibliyini qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.