İQTİSADİYYAT


BP bu il Azərbaycanda sponsorluq layihələrinə 1,1 milyon dollardan çox vəsait xərcləyib

Bakı, 13 noyabr, AZƏRTAC 

BP cari ildə Azərbaycanda sponsorluq layihələrinə 1,1 milyon ABŞ dollarından çox vəsait sərf edib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, ötən 27 il ərzində BP və tərəfdaşları Azərbaycanda çox sayda iri sosial investisiya layihələrinə dəstək verib. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.

Cari ilin ilk 3 rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2,6 milyon dollardan çox vəsait xərcləyib. Bundan əlavə, ilk 3 rübdə təkcə BP Azərbaycanda sponsorluq layihələrinə 1,1 milyon dollardan çox vəsait sərf edib. Ümumilikdə, BP və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 89 milyon ABŞ dollar sərmayə qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.