SİYASƏT
BUNDESTAQIN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN-ALMANİYA MÜŞTƏRƏK MÜƏSSİSƏSİ İLƏ TANIŞ OLMUŞDUR
EUPEK-in biznesin inkişafı üzrə meneceri Valter Sieqmund Almaniya parlamenti üzvlərinin suallarına cavab verərək qeyd etmişdir ki, cari ilin martında işə salınan bu müəssisə ”Azərpetrol” şirkətlər qrupunun və Almaniyanın EUPEK korporasiyasının müştərək layihəsidir.
V.Sieqmund demişdir: “Müəssisənin texniki parametrləri bir növbə ərzində 10-12,5 metr uzunluğunda 150 və 48 düyməlik qaz borularına örtük çəkməyə imkan verir. Həm də, bu, son layihə deyil və yaxın vaxtlarda Bakıda eyni tipli daha bir müəssisə tikmək nəzərdə tutulur. EUPEK ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti arasında 30 düyməlik neft boruları üçün örtük hazırlayan ikinci müəssisənin tikilməsi haqqında saziş ötən ilin iyulunda imzalanmışdır.”
Qonaqlara müəssisənin bütün istehsal proseslərinin təsvir olunduğu tanışlıq videolenti də nümayiş etdirilmişdir.