DÜNYA


Bağdadda terror aktı törədilib

Tehran, 5 avqust, AZƏRTAC

İraqın paytaxtı Bağdadda daha bir terror aktı törədilib.

AZƏRTAC xəbər verir ki, hökumət binalarının və diplomatik nümayəndəliklərin yerləşdiyi “Yaşıl vadi” adlanan əraziyə iki raket zərbəsi endirilib. Buradakı ABŞ səfirliyinin binası da dəfələrlə terror hücumlarına məruz qalıb.

İraqın “Əl-Sumeriyyə” televiziya kanalının xəbərinə görə, raket zərbələri nəticəsində bəzi binalara yüngül zərər dəyib. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Xüsusi xidmət orqanları hadisə yerində təhqiqat aparırlar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.