İQTİSADİYYAT


“Bakcell” və “Megafun”dan daha bir endirim kampaniyası

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və kampaniyalarla sevindirməyə davam edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu dəfə “Bakcell”in “Ulduzum” abunəçiləri “Megafun” Əyləncə Mərkəzində təklif olunan oyunlara 25 faiz endirim əldə etmək fürsəti qazanıblar. Belə ki, martın 12-dən etibarən “Megafun”da istifadə edilən karta 20 AZN yükləyən hər bir “Ulduzum” istifadəçisi oyun və attraksionların qiymətlərinə 25 faiz endirim əldə edəcək. Qeyd edək ki, bu kampaniya çərçivəsində təklif olunan endirim yalnız böyük boulinq və “PlayStation” oyun zonalarına şamil edilmir. 2,7 milyondan çox abunəçisi və 230-dək tərəfdaşı olan “Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Qeyd edək ki, “Bakcell”in təqdim etdiyi “Ulduzum” loyallıq proqramında bütün “Bakcell” abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur.

Ulduzum proqramına qoşulmaq üçün “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş “Bakcell” “Ulduzum” mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.