ELM VƏ TƏHSİL
“Baker Hughes” şirkətinin nümayəndələri UFAZ-da
Bakı, 30 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ən böyük enerji texnologiyaları müəssisələrindən biri olan “Baker Hughes” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
UFAZ-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin baş katibi Elizaveta Bydanova, Təhsil departamentinin rəhbəri Lətifə Nəsibova və neft-qaz mühəndisliyi üzrə koordinator Fidan Aslanzadə tərəfindən “Baker Hughes” şirkətinin Yer elmləri və neft və qaz üzrə mühəndisi Aleksandra Xramtseva, şirkətin Rusiya Xəzər regionu üzrə insan resursları direktoru Veronika Bubenok və insan resursları üzrə regional direktoru Nərgiz Muradovaya universitet barədə ətraflı məlumat verilib.
Universitetin binası və laboratoriya infrastrukturu ilə yaxından tanış olan qonaqlar “Baker Hughes” şirkətinin gələcəkdə UFAZ-la əməkdaşlığın inkişafına dəstək verməkdə maraqlı olduqlarını bildiriblər.
Sonra UFAZ tələbələri üçün təcrübə imkanları, həmçinin bakalavr və magistratura pilləsi üzrə ixtisaslararası layihələr də daxil olmaqla bir sıra əməkdaşlıq məsələləri müzakirə edilib.