İDMAN


“Bakı-2017”: Azərbaycan millisi ilə qarşılaşacaq Qırğızıstan yığmasının heyəti açıqlanıb

Bakı, 26 aprel, AZƏRTAC

Mayın 12-22-də Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçular arasında yarışda millimiz ilə qarşılaşacaq Qırğızıstan yığmasının heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, heyətdə toppaylayıcılar -Anastasiya İltner, Mədinə Mirlanqızı (hər ikisi “Salam-Alik”), hücumçular - Yuliana Morozova (“Dordoy-Namıs”); Nailə Əliyeva (“Salam-Alik”), Altınay Samatqızı (“Ular”), blokçular - Marina Qrişayeva, Anastasiya Yevolenko (hər ikisi “Salam-Alik”), Aydana Abdıkadırqızı (“Qorod Oş-Datka”) və libero - Aliyə Şumkarbekova (“Salam-Alik”) yer alıblar.

IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybol komandalarının yarışında Azərbaycan, Qırğızıstan, Türkiyə, Kamerun və Tacikistan birincilik uğrunda mübarizə aparacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.