ELM VƏ TƏHSİL


Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarının 70 faizindən çoxu işlə təmin olunur

Bakı, 9 fevral, AZƏRTAC 

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin səriştəli olması üçün geniş imkanlar yaradılıb.

Mərkəzin tədris istehsalat işləri üzrə direktor müavini Aytac Rzayeva AZƏRTAC-a bildirib ki, məzunlar təhsil aldıqları ixtisas üzrə işin texnikasını bilir və buna görə də iş tapmaqda çətinlik çəkmirlər. Bakı Dövlət Peşə Təhsil Mərkəzini bitirənlərin 72 faizi işlə təmin olunur.

Məzunların işlə təminatında mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq resurs mərkəzləri - Almaniyanın “Grohe” Akademiyası, Rusiyanın “Knauf” Resurs Mərkəzi, Türkiyənin “İnova Tədris-Təhsil Mərkəzi” də böyük rol oynayır. Həmin resurs mərkəzlərinin əməkdaşları tərəfindən müəssisə və şirkətlərdə tələbələr üçün ustad dərsləri, iş yerində təcrübə proqramı əsasında təlimlər keçirilir. Təlimlər əsasında kursu bitirdikdən sonra müsabiqə və müsahibədən uğurla keçərək sertifikatlaşan tələbələr həmin şirkətlər tərəfindən işlə təmin edilir.

Xatırladaq ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan rasionallaşdırma prosesinə uyğun olaraq, 4, 14 nömrəli peşə liseyləri və 12 nömrəli peşə məktəbinin bazasında yaradılıb. Mərkəzdə ümumilikdə 800-dən çox tələbə təhsil alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.