ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində 28 May - Respublika Günü qeyd edilib

Bakı, 27 may, AZƏRTAC 

Mayın 27-də Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həmin dövrdə əldə edilən nailiyyətlərdən danışıb. Qeyd olunub ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun tarixi əhəmiyyəti çox böyükdür.

Rektor Bakı Dövlət Universitetinin Cümhuriyyət dövründə - 1919-cu ildə yaradıldığını xatırladıb.

Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən bəhs edən Elçin Babayev dahi rəhbər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Rektor Azərbaycanın sürətlə inkişaf etdiyini, nüfuzunun daha da yüksəldiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu qeyd edib.

BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü, Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, kafedra müdiri, professor Anar İsgəndərov tariximizdə Cümhuriyyətin yeri və rolundan danışıb, 28 May - Respublika Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıblar.

Alimlər Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə qazanılan uğurları diqqətə çatdırıblar.

Sonra tələbələr maraqlı konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.