ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin magistraturasına qəbul olunan bakalavrların qeydiyyatı onlayn aparılacaq

Bakı, 3 sentyabr, AZƏRTAC

2020/2021-ci tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) magistraturasının boş qalan yerlərinə qəbul olunan bakalavrların qeydiyyatı sentyabrın 4-dən 9-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) onlayn aparılacaq.

BDU-dan AZƏRTAC-a bildirilib ki, qeydiyyat üçün əsas sənədlər elektron formada təqdim edilməlidir. Sənədlərin siyahısına ərizə, şəxsiyyət vəsiqəsinin surəti, diplom (cari ildə ali məktəbi bitirmiş bakalavrlar üçün ali məktəbi bitirmə haqqında arayış), bakalavrın qəbul imtahanının nəticə vərəqəsi (DİM-in saytından yükləmək), 3x4 sm ölçüdə fotoşəkil, ödəniş qəbzinin surəti, müqavilə (dövlət hesabına, ödənişli əsaslarla) daxildir. BDU-nun magistraturasına qəbul olunanlar əsas və tələb olunan əlavə sənədləri onlayn qeydiyyatla bağlı sənədlərin hazırlanmasına dair geniş təlimata uyğun olaraq hazırlamalı və [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisaslaşmaya yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanların siyahısından xaric ediləcək.

Maraqlananlar ətraflı məlumatı [email protected] elektron poçt ünvanından və +994 77 537 62 10 (məsul şəxs Məcid Qocayev) əlaqə nömrəsindən əldə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.