CƏMİYYƏT


Bakı Dövlət Yol Polisi İdarəsi Nərimanov rayonunda baş vermiş yanğınla əlaqədar vətəndaşlara müraciət edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar vətəndaşlara müraciət edib.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, yanğınla əlaqədar olaraq Ağa Nemətulla, Təbriz küçələrinin kəsişməsində və Fətəli Xan Xoysi küçəsi istiqamətində hərəkət məhdudlaşdırılıb.

“Vətəndaşlara müraciət edirik ki, qeyd olunan ərazilərə şəxsi minik vasitələri ilə hərəkət etməsinlər. Həmin istiqamətlərdəki yollar yanğının fəsadlarının aradan qaldırılmasınadək bağlı olacaq", - deyə BDYPİ-dən məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.