İQTİSADİYYAT


Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya məcburi eniş edib

Bakı, 20 fevral, Elvin Camalov, AZƏRTAC

Bakı-İstanbul reysini həyata keçirən “Buta Airways” aviaşirkətinin təyyarəsi dumanlı hava şəraiti ilə əlaqədar Ankara aeroportuna məcburi eniş edib.

“Buta Airways” aviaşirkətindən AZƏRTAC-a bildirilib ki, İstanbulun Sabiha Gökçən hava limanına uçuş edən “Buta Airways”in “J2 9103” nömrəli aviareysində hava gəmisinin kapitanı dumanlı hava şəraiti səbəbindən Ankaranın Esenboğa hava limanına məcburi eniş etmək qərarına gəlib. Təyyarə Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Ankaradan İstanbula yola düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.