MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında Ülviyyə Hacıbəyovanın fortepiano musiqisi konserti olub

Bakı, 19 sentyabr, AZƏRTAC 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Əməkdar incəsənət xadimi, BMA-nın dosenti, pianoçu Ülviyyə Hacıbəyovanın konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Ülviyyə Hacıbəyova bildirib ki, Azərbaycan və Qərb bəstəkarlarının əsərlərinin ifa ediləcəyi bu konsert “Gələcəyə inam” müasir musiqi layihəsi çərçivəsində keçirilir.

Nazim Əliverdibəyovun “Bayatı Şiraz” əsərinin ifası ilə başlayan konsertdə Əfrasiyab Bədəlbəylinin “Vals”, Firəngiz Əlizadənin “Fortepiano üçün musiqi”, İqor Stravinskinin “Reqtaym” və digər musiqi nümunələri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.