MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında növbəti konsert Qara Qarayevin xatirəsinə həsr edilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir. AZƏRTAC xəbər verir ki, növbəti konsert proqramı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) reallaşıb. Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın iştirakı ilə təşkil edilən konsertdə bir-birindən parlaq ifalar təqdim olunub. Konsert Bakı Musiqi Akademiyası və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə gerçəkləşib.

BMA-nın müəllim-tələbə heyətinin qatıldığı konsert proqramı maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.