İQTİSADİYYAT


Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq

Bakı, 22 may, AZƏRTAC

Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, Sabunçu dəmir yolu vağzalından şəhər istiqamətində avtobusla gediş haqqı 60 qəpik təşkil edirsə, Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq: “Bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Qatar əgər tək istiqamətdə dayanmadan hərəkət edərsə bu yol 12 dəqiqəyə qət olunacaq, xətt üzrə dayanacaqlarda dayanarsa bu vaxt 15 dəqiqəyə çatacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.