İDMAN


Bakı Şəhər Halqasının könüllüləri Formula 1 Fransa Qran-Prisini canlı izləyiblər

Bakı, 1 avqust, AZƏRTAC

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşəbbüsü ilə təşkil olunan müsabiqənin qalibi olan könüllülər Fransaya səfər ediblər.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Halqası Akademiyası (“BCC Academy”) tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmiş, həmçinin 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi zamanı göstərdikləri yüksək fəallığa görə fərqlənən bir qrup könüllü Fransa Qran-Prisini izləmək, paytaxt Paris ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Bununla yanaşı, gənclər yarışın təşkili prosesi və əcnəbi könüllülər, onların iş fəaliyyəti ilə yaxından tanış olublar.

Nümayəndə heyətinin rəhbəri, BŞH-nin İnsan resursları və işçi qüvvəsinin direktoru İranə Əhmədova deyib: “Ölkəmiz altıncı dəfə Formula 1 yarışına ev sahibliyi etdi və möhtəşəm tədbirin təşkilində könüllülərin əməyi xüsusi qeyd olunmalıdır. BŞH ənənəvi olaraq, hər il gənclərimizin yüksək motivasiyası üçün maraqlı layihələr, müsabiqələr həyata keçirir və fəal gənclərimiz sonda bu kimi təcrübə mübadilələrinə qatılmaq fürsəti qazanırlar. Biz könüllülərimizlə qürur duyur və yeni qazanılmış biliklərin onların gələcək fəaliyyəti üçün fərqli və faydalı təcrübə olacağına əminik”.

Qeyd edək ki, 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin təşkilində 1500-dən çox könüllü iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.