ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 2 min 349 müraciət daxil olub
Bakı, 3 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) noyabr ayı ərzində 2 min 349 müraciət daxil olub.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 679 zəng qəbul edilib.
Ötən ay BŞTİ-yə 970 sənəd (vətəndaşlar tərəfindən 243 ərizə, Təhsil Nazirliyindən 126, digər qurumlardan 211, məktəblərdən 289 məktub, 20 strukturdaxili yazışma və 81 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 700 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, virtual məktəbdə şagird qeydiyyatı, informasiya təminatı və digər məsələləri əhatə edib.
Xatırladaq ki, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, BŞTİ-də vətəndaş qəbulu dekabrın 28-dək dayandırılıb.