ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 5.828 müraciət daxil olub

Bakı, 2 iyul, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin iyununda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu müddətdə ümumilikdə 5.828 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2.589 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1.686 vətəndaş müraciəti daxil olub. 174 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 983 sənəd (vətəndaşlar tərəfindən 307 ərizə, Təhsil Nazirliyindən 116, digər qurumlardan 165, məktəblərdən 229 məktub, 23 strukturdaxili yazışma və 143 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 396 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, birinci sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.

Qeyd edək ki, iyunda, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə paytaxtın dörd rayonu (Nəsimi, Binəqədi, Xətai və Suraxanı) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər araşdırılaraq operativ həll olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.