Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində

Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində

Bakı, 21 fevral, AZƏRTAC

Bu il xalqımız üçün olduqca əlamətdar yubileylər ilidir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Şərqdə ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik və ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri qeyd ediləcək. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında önəmli olan bu tədbirlər ölkəmizin ali təhsil ocaqlarının tədris, təlim-tərbiyə, elmi-tədqiqat və beynəlxalq əlaqələri istiqamətində fəaliyyətində ciddi canlanmaya səbəb olmaqla yanaşı, müəllimlərin və tələbələrin konkret layihələrə cəlb edilməsi üçün geniş perspektivlər açıb.

Bakı Slavyan Universitetinin (BSU) tədris işləri üzrə prorektoru, professor Telman Cəfərovun AZƏRTAC-a təqdim etdiyi “Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində” sərlövhəli yazıda bu ali təhsil ocağının həmin yubileylərə hazırlığından, fəaliyyət planından və uğurlarından bəhs olunur.

T.Cəfərov bildirib ki, qeyd edilən əlamətdar hadisələrin hər biri ilə bağlı BSU-da konkret tədbirlər planları hazırlanıb, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq tövsiyələri də nəzərə alınmaqla onlar elmi şurada müzakirə və təsdiq olunub, universitetin müvafiq strukturlarında, eləcə də xaricdə fəaliyyət göstərən Azərbaycanşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzlərində hazırlıq işlərinə başlanılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə BSU-da fəaliyyət göstərən bütün tədris-mədəniyyət mərkəzlərinin illik iş planlarına əlavələr edilib, universitetin xarici ali təhsil ocaqlarında təşkil olunmuş yeddi Azərbaycanşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzləri üçün konkret fəaliyyət planı hazırlanıb. Planda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, azərbaycançılıq ideyalarını və xalqımızın dövlətçilik ənənələrini, müstəqillik ideallarını, milli-mədəni dəyərlərimizi, Ulu Öndərin azərbaycançılıq məfkurəsini xarici auditoriyalarda tanıdan və təbliğ edən tədbir, telekörpü, “dəyirmi masa”, intellektual yarış və mühazirələrə yer verilir. BSU-nun bütün tədris-mədəniyyət mərkəzlərində müvafiq ölkələrin səfirlikləri ilə müştərək tədbirlər, ədəbi-bədii kompozisiyalar, təqdimatlar, rəsm və fotosərgilərin təşkili planlaşdırılır.

Tədbirlər planında BSU-nun xaricdəki mərkəzlərinin müvafiq yubileylərlə bağlı elmi, elmi-kütləvi, tədris-metodik ədəbiyyatlarla və Azərbaycanın tanıdılmasına yönələn məlumat kitabçaları ilə təmin olunması, mərkəzlərin milli geyimlər və rəmzlərlə, onların nəzdindəki kitabxana fondunun yeni ədəbiyyatlarla təchiz edilməsi, universitetin aparıcı alimlərinin xaricdəki mərkəzlərimizdə mühazirələri və görüşlərinin təşkili nəzərdə tutulub.

2016-cı ildə özünün 70 illik yubileyini təntənə ilə qeyd edən BSU ötən təqvim ilində həmtəsisçisi və naşiri olduğu “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının da 70 illiyini bayram edib. Yubiley tədbirlərində ölkəmizin təhsil və elmi ictimaiyyətinin, mətbuatın nümayəndələri ilə yanaşı, universitetin əməkdaşlıq etdiyi xarici ali təhsil ocaqlarının təmsilçiləri, o cümlədən Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova iştirak ediblər. Universitetin 70 illik yubileyi ərəfəsində birinci tədris korpusunun əsaslı təmiri və yenidən qurulması, ən yeni tədris avadanlığı və texnologiyalar ilə təchiz edilməsi, 50-dək əməkdaşının müxtəlif dövlət təltiflərinə - “Əməkdar elm xadimi”, “Əməkdar müəllim”, “Əməkdar jurnalist” fəxri adlarına, “Tərəqqi” medalına, “Qabaqcıl təhsil işçisi” döş nişanına, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı”na layiq görülməsi, son iki il ərzində tələbə qəbulu planının yüksək səviyyədə yerinə yetirilməsi və buna uyğun müəllimlərin əməkhaqqının artırılması və s. tədbirlər BSU-nun həyatında ciddi canlanma yaradıb.

Ötən təqvim və tədris ili BSU-nun elmi-tədqiqat və beynəlxalq əlaqələrində daha yaddaqalan olub. Azərbaycanın müxtəlif ölkələrlə, eləcə də slavyan dövlətləri ilə diplomatik əlaqələrinin qurulmasının 25 illiyi kimi mühüm beynəlxalq tədbirlər məhz BSU-da qeyd edilib. Ukraynanın və Bolqarıstanın Azərbaycandakı səfirliklərinin universitetdə təşkil olunan tədbirlərdə slavyan ölkələrini təmsil edən səfirlərlə yanaşı, 30-dan artıq dövlətin səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı regionun ən böyük və nüfuzlu rusistika və slavistika mərkəzi kimi tanınan bu ali təhsil ocağına marağın göstəricisidir. Təsadüfi deyil ki, BSU ötən il ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlarda fəal təmsil olunub, yüksək səviyyəli qonaqları qəbul edib, tələbələrə Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotovanın, rusiyalı siyasətçilər Aleksandr Duqin və Gennadi Burbulis, amerikalı jurnalist Peter Tasen və başqalarının mühazirə və ustad dərslərini dinləmək imkanı yaradılıb. “ADA” Universitetinin xətti ilə xaricdən dəvət olunmuş, beynəlxalq əlaqələr üzrə tanınmış mütəxəssislərin BSU tələbələri üçün mühazirələr oxuması artıq ənənə halını alıb. Novruz bayramı ərəfəsində Bolqarıstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Avropa İttifaqına sədrliyi ilə bağlı təqdimatın BSU-da keçirilməsinin planlaşdırılması da universitetimizin slavyan ölkələrinin, onların dil və mədəniyyətlərinin öyrənilməsi və təbliği işində davamlı fəaliyyətinin nəticəsidir.

BSU-nun əməkdaşları Rusiyanın 27 universiteti ilə imzalanmış müqavilələrə əsasən bu ölkənin Moskva, Sankt-Peterburq, Ufa, Kazan, Stavropol və digər şəhərlərində, eləcə də Bişkek, Astana, Düşənbə və Kişineuda keçirilən onlarla beynəlxalq tədbirlərin iştirakçısı olub, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının tədbirlərinə və Rusiya-Azərbaycan regionlararası forumlara qatılıblar. Ötən ilin aprelində Kişineuda keçirilən, slavyan universitetlərinin ikinci forumunda tədris işləri üzrə prorektor, professor T.Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətinin fəal iştirakına görə BSU UNESCO-nun xüsusi diplomuna layiq görülüb.

Ötən tədris ilində BSU qrant layihələri əsasında iki beynəlxalq elmi konfransa ev sahibliyi edib, Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən ənənəvi “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IX beynəlxalq elmi konfransı xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin nümayəndələri də qatılmaqla, yüksək səviyyədə təşkil edib. Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası ilə birgə keçirilən və Azərbaycanda rus dili və ədəbiyyatının tədrisi problemlərinə həsr olunan beynəlxalq elmi konfransa bu qurumun və Rusiya Təhsil Akademiyasının prezidenti, akademik Lyudmila Verbitski, Rusiya Xalqlar Dostluğu Universiteti, Puşkin adına Dövlət Rus Dili İnstitutu, Ukrayna, Belarus, Gürcüstan və Qazaxıstan universitetlərini təmsil edən 40-dan artıq metodist-alim qatılıb. Həmçinin qrant layihəsi çərçivəsində BSU-nun rusist və metodistlərinin müəllifliyi ilə yazılmış, ali və orta məktəblər üçün “Rus dili” və “Literatura” dərslik komplekslərinin təqdimatı olub. BSU-nun Kembric Universiteti ilə birgə “Milli kimlik” mövzusunda keçirdiyi konfrans professorların, doktorant və magistrantların iştirakı ilə elmi müzakirələrə imkan verib. Bu beynəlxalq konfransda yerli mütəxəssislərlə yanaşı, İngiltərənin Oksford və Kembric, Türkiyənin Qazi və Mərmərə universitetlərinin professorlarının iştirakı ilə problem ətrafında maraqlı müzakirələr aparılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileylərinə hazırlıq tədbirləri çərçivəsində BSU hazırda yeddi xarici universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzləri və bu ali təhsil ocaqları ilə əlaqələrə xüsusi önəm verir. Universitet rəhbərliyi BSU-da və xaricdəki mərkəzlərdə Prezident İlham Əliyevin azərbaycanşünaslığın inkişafı ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq, hər il konkret tədbirlər planı həyata keçirir. Belə ki, Bolqarıstanda səfərdə olan BSU-nun rektoru, professor Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Sofiya Universitetindəki mərkəzin əməkdaşları ilə görüşüb. Novruz bayramına təsadüf edən bu səfər zamanı milli dəyərlərimizin geniş təqdimatı olub. Həmçinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə konservasiya və bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu ziyarət edilib, Sofiyadakı universitetlərdə mühazirələr təşkil olunub.

Kiyev Linqvistik Universiteti və M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ilə müştərək elmi əsərlər çap olunub, Çerniqov Dövlət Texnologiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi, Azərbaycan dili Bazar günü məktəbi fəaliyyətə başlayıb. N.Əliyeva və universitetin elmi işlər üzrə prorektoru Rafiq Novruzov Çerniqov Dövlət Texnologiya Universitetinin fəxri professoru adına layiq görülüblər.

Nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərən slavyan universitetlərinin tələbələri üçün Azərbaycan dili üzrə Yay və Qış məktəbləri zəngin və maraqlı proqramları ilə əcnəbi tələbələrdə böyük maraq doğurur. Keçən ilin yayında Müqəddəs Oxridski adına Sofiya Universitetinin, bu qış tətili zamanı isə Moskva Dövlət Linqvistik Universitetinin “Azərbaycan dili” ixtisası üzrə təhsil alan tələbələri üçün BSU-da xüsusi proqram üzrə dil hazırlığı kursları təşkil olunub. BSU-nun “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzi sadalanan bütün xarici mərkəzlər üçün tarixi hadisələrlə bağlı tədbirlər planı tərtib edib, qarşılıqlı mütəmadi məlumat mübadiləsi təmin olunub. Ulu Öndərin 95 illiyinə həsr olunan və universitetin təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransa sadalanan xarici Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən elmi məruzələrin tezisləri qəbul edilməkdədir. BSU nəzdində fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri universitetdə təmsil olunan ixtisaslara, dil və mədəniyyətlərə müvafiq müxtəlif layihələr həyata keçirir. Mədəni-kütləvi tədbirlər üstünlük təşkil etsə də, bir sıra mərkəzlər, o cümlədən Yunan, Polşa, Belarus, Rusiya, Ukrayna mərkəzləri builki fəaliyyətlərində bədii tərcümələrə, lüğətlərin və məlumat kitabçalarının tərtibinə üstünlük verib. Ötən ilin noyabrında Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosla BSU-da görüşdən sonra onun təşəbbüsü ilə səkkiz ölkənin səfirinin qatıldığı “XXI əsr: dünyaya baxış, təhsil və mədəniyyətin harmoniyası” mövzusunda “dəyirmi masa” keçirilib. BSU-nun “Luğət mərkəzi”nin müdiri, professor T.Şükürbəyli və M.Tank adına Minsk Pedaqoji Universitetinin dosenti V.Stariçonokun müəllifliyi ilə “Belarusca-azərbaycanca, azərbaycanca-belarusca” lüğəti tərtib və nəşr edilib.

BSU-nun Polşanın Torun Universiteti, “Adam Marşalek” holdinqi ilə sıx əlaqələri ənənəvi olaraq bu ölkədə keçirilən Asiya Konqresində universitetin alimlərinin iştirakına şərait yaradıb. BSU nümayəndə heyəti keçən il mayın 14-15-də təşkil olunan konqresdə iştirak edib, növbəti - beşinci beynəlxalq Asiya Konqresinin Polşa və Azərbaycanın dövlət müstəqilliyinin 100 illik yubileyinə həsr olunması barədə razılıq əldə edilib.

BSU-nun beş tələbəsi M.Tank adına Minsk Pedaqoji Universitetində keçirilən “MDB ulduzları” festivalında Azərbaycanı təmsil edib, bir qrup rusiyaşünas tələbə isə Soçidə təşkil olunan intellektual yarışlarda fərqlənib. Yaxın günlərdə M.Tank adına Minsk Pedaqoji Universiteti rektorunun Azərbaycana, N.Əliyevanın Belarusa, eləcə də Moskva Dövlət Linqvistik Universiteti rektorunun Bakıya səfərləri, BSU nümayəndə heyətinin isə Minskdə keçiriləcək konfransda iştirakı gözlənilir.

BSU nəzdində tədris-mədəniyyət mərkəzlərinin fəaliyyətini gücləndirmək, universitetdə tədris olunan əcnəbi dillər üzrə tələbələrin dil-danışıq vərdişlərini inkişaf etdirmək, onların tələbə və müəllim mübadiləsi proqramlarında iştirak imkanlarını genişləndirmək məqsədilə xarici mütəxəssislərin ilboyu və ya müəyyən müddətə tədris prosesinə cəlb olunmalarına diqqət artırılıb. Polşa, Almaniya və Çexiyadan dəvət olunmuş əcnəbi müəllimlər tədrislə yanaşı, nəşr və tərcümə layihələrinə də qoşulublar.

Müxtəlif slavyan dilləri və ölkələri üzrə bakalavriat səviyyəsini bitirən tələbələrin BSU ilə əməkdaşlıq edən Rusiya, Polşa, Çexiya, Belarus, Ukrayna universitetlərində magistratura təhsilini davam etdirmələri, “Erasmus+”, “Mövlanə” beynəlxalq proqramları üzrə tələbə mübadiləsində daha çox tələbənin iştirakı üçün universitetin beynəlxalq şöbəsi müvafiq təqdimatlar edir. Azərbaycanın bir sıra təhsil ocaqlarının, o cümlədən BSU-nun iştirak etdiyi yeni “Erasmus+” beynəlxalq mübadilə proqramı ali məktəblərdə tədris və təlimə, elmi innovasiyaların tətbiqinə və “Elektron universitet” layihəsinin icrasına dəstək olacaq, eyni zamanda, ölkənin paytaxtda və regionda fəaliyyət göstərən universitetləri arasında əlaqələrin yaranmasına və möhkəmlənməsinə xidmət edəcək.

BSU-da əcnəbi vətəndaşların, o cümlədən MDB məkanında yaşayan soydaşlarımızın bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almalarına lazımi şərait yaradılıb. Son iki ildə dövlətlərarası müqavilələr əsasında Türkiyə, Çin, Vyetnam vətəndaşlarının magistratura şöbəsində rus dili ixtisası üzrə təhsil almaq üçün müraciətlərinin sayı artıb. Tələbə qəbulu kampaniyasının təşkili məqsədilə əcnəbi tələbələrlə iş üzrə dekanlığın, beynəlxalq şöbənin, türk araşdırmaları mərkəzinin əməkdaşları Türkiyə, Rusiya və Misirə ezam olunublar.

Hazırda universitetdə ulu öndər Heydər Əliyevin 95 illiyinə, onun çoxşaxəli fəaliyyətinə, dil-ədəbiyyat, mədəniyyət və azərbaycanşünaslıq məsələlərinə münasibətinə həsr olunan elmi məcmuə hazırlanır. Azərbaycan, rus və ingilis dillərində tərtib olunan bu məcmuə Ümummilli Liderin təşəbbüsü ilə yaradılmış BSU-nun inkişafında onun rolunu vurğulamaq, universitetin qazandığı müvəffəqiyyətləri, xarici ali təhsil ocaqlarında fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərində və bu tədris ocağının özündə təşkil edilən tədris-mədəniyyət mərkəzlərində görülən işləri işıqlandırmaq məqsədi daşıyır.

Universitetin nəzdində fəaliyyət göstərən Rusiya tədris-mədəniyyət mərkəzləri Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə müştərək yubiley tədbirləri, yaradıcılıq gecələri, yeni dərsliklərin və kitabların təqdimatlarını keçirib. Aleksandr Puşkin, Mixail Lermontov, Sergey Yesenin, Anna Axmatova yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrə tələbələrlə yanaşı, orta məktəblərin şagird və müəllimləri qatılıblar. Artıq neçə illərdir ki, BSU Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən rus dili üzrə respublika olimpiadasının və Puşkiniana müsabiqəsinin yekun mərhələsinə ev sahibliyi edir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində rus dilində təşkil olunan, Rusiyanın etnoqrafiyasına, coğrafiya və tarixinə həsr edilən imla müsabiqələrində, rusca kütləvi imla yazısında BSU-nun rus bölmələrində təhsil alanlarla yanaşı, Azərbaycan bölmələrinin də tələbələrinin fəal iştirakına şərait yaradılıb.

BSU Rusiya Xalqlar Dostluğu Universiteti tərəfindən icra olunan “Şəbəkə universiteti” layihəsində iştirakını davam etdirir və filologiya ixtisası üzrə magistratura səviyyəsində ikili diplom verir. Universitet Azərbaycan və rus dilində təlimlə yanaşı, bir sıra ixtisaslar üzrə ingilis dilində tədris prosesinin təşkilini planlaşdırır. Monteneqro və Rumıniyada Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması barədə razılıq əldə olunub, əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

BSU Qafqazda və Zaqafqaziyada rusistikanın mərkəzi kimi ali və orta təhsil pilləsində pedaqoji və elmi-pedaqoji kadrların ixtisasartırma, ixtisasdəyişmə və stajkeçmə tədbirlərinə xüsusi önəm verir. Son iki ildə bu məqsədlə Rusiyanın bir sıra aparıcı universitetləri ilə müştərək proqramların icrası davam etdirilir.

Ulu öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış BSU-nun slavyan ölkələrində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri bu gün azərbaycanşünaslığın və xalqımıza xas multikultural dəyərlərin MDB və Avropa məkanında yayılmasına xidmət edir. Həmçinin yunan-slavyan və roman-german mədəniyyəti nümunələrinin Azərbaycanda tanıdılmasına və gənc nəslin bu mədəni irsə dərindən yiyələnməsinə səy göstərir. Ümummilli Liderin ideyası əsasında yaradılmış bu ali məktəbdə təkcə slavyan və türk xalqlarının tarixinin, ədəbi-mədəni əlaqələrinin deyil, həm də Avrasiya arealını Qərblə birləşdirən tarixi, mədəni, ədəbi, dil və din, insani münasibətlərin öyrənilməsinə və gündəmdə saxlanılmasına böyük əhəmiyyət verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO