Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı-Tbilisi-Qars dəmir yolu bütün Avrasiya üçün cəlbedici və perspektivlidir

İstanbul, 13 noyabr, АZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya məkanındakı bütün polad magistralların birləşdiricisi funksiyasına malikdir. Bu şəbəkəyə qoşulmaq, öz siyasətini sülh və inkişaf prinsipləri ilə quran bütün ölkələrin maraqlarını tam şəkildə təmin edir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 30-da açılışı Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təşkil olunan Bakı-Tbilisi-Qars dəmir yolunun dünya daşımaçılıq sisteminin inkişaf perspektivləri üçün yeni bir mənzərə yaradıb. Hazırda iqtisadiyyat üzrə ekspertləri düşündürən çox mühüm məsələ budur: Avrasiya məkanındakı dəmir yollarını birləşdirmək üçün daha hansı layihələr perspektivli sayıla bilər. Əvvəlcədən qeyd etmək istərdik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun alternativi yoxdur və olmayacaq. Bu mühakiməni əsaslandıran aşağıdakı arqumentlər mövcuddur:

- Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Qafqaz bölgəsini və Mərkəzi Asiya məkanını Cənubi Avropa və Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirən ən səmərəli və o cümlədən artıq mövcud olan xətdir;

- Bakı-Tbilisi-Qars dəmir yolu NATO ölkəsi olan Türkiyədən keçməklə Cənubi Avropaya birbaşa birləşir;

- Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun bütün Avropa və Cənub-Şərqi Asiya ilə birləşməsində problemlər görünmür;

- Bu polad magistral Avrasiyada bütün ölkələrin idxal və ixrac maraqlarını tamamlayır və s.

Əlbəttə ki, hər bir beynəlxalq iqtisadi layihənin dünya üçün əhəmiyyətinin mühüm göstəricilərindən biri də dünya KİV-lərinin ona göstərdiyi diqqətdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birbaşa maraqlarını əks etdirdiyi üçün bu üç ölkə mediasında yayılan informasiyaları nəzərə almadan deyə bilərik ki, haqqında bəhs etdiyimiz polad magistralın açılışı və onun üzərindən ilk konteyner yük qatarının mənzil başına uğurla çatması dünya KİV-ləri tərəfindən geniş şəkildə şərh olunur. Məsələn: İordaniya Krallığının “Əmman əl-Urduniyyə” saytında və “Əş-Şahid” qəzetində, İspaniyanın “La Vanguardia” nəşrində, Moldovanın aparıcı xəbər portalı və böyük oxucu auditoriyasına malik Tribuna.md saytında, Avropa İttifaqı məsələlərini işıqlandıran "EurActiv" xəbər portalında, İtaliyanın “L’Opinione” qəzetində və “Notizie Geopolitiche” analitik portalında, Monteneqronun “Volimpodgoricu.me”, “Dijaspora.news”, Özbəkistanın “kun.uz” və “podrobno.uz” xəbər portallarında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə dair məlumatlarda və məqalələrdə bu yolun Avrasiya məkanında daşınmalar prosesinə təsiri, yeni istifadəyə verilən polad magistralın iqtisadi inkişaf üçün vədləri, eləcə də ona qoşulmaq üçün perspektivdə olan digər dəmir yolu layihələri barədə maraqlı informasiyalar var. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolunun oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş təntənəli açılış mərasimində çəkilmiş foto Rusiyanın TASS agentliyinin “Həftənin ən yaxşı 13 fotosu” layihəsində təqdim olunub.

Qeyd etmək lazımdır ki, Qazaxıstanın Kokşetau stansiyasından Türkiyənin Mersin şəhərinə yola düşən birinci konteyner qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqonlarına yüklənmiş “NK “KTZ” SC-yə məxsus otuz 20 futluq konteynerdən ibarət olub. Qablaşdırılmış taxıl daşıyan qatar noyabrın 4-də 10 gün ərzində 5435 kilometr məsafə qət edərək mənzil başına çatıb. Ən son məlumata görə yaxın günlərdə ikinci konteyner qatarı Qazaxıstandan Türkiyəyə yola salınacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivləri barədə fikir və mülahizələrimizi bölüşərkən təbii ki, ilk olaraq, hazırda tikintisi uğurla aparılan Şimal-Cənub nəqliyyat dəhlizində dəmir yolu şəbəkəsinin qurulmasına toxunmamaq mümkün deyil. Çünki məhz Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verilməsi ilə Azərbaycan Respublikasını ərazisi Avrasiya məkanının polad magistralında dörd yol ayrıcı funksiyası qazanacaq. Ən son məlumata görə, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin 2017-ci il dekabrın sonunda istifadəyə verilməsi planlaşdırılıb. Mütəxəssislər hesab edirlər ki, bu yol xətti istifadəyə veriləndən sonra yüklərin daşınması üçün tətbiq edilən tariflər azaldıla bilər. Bu isə tranzit daşımaları həyata keçirən, eləcə də istehsalçı və tədarükçü şirkətlər üçün ən yaxşı cəlbedicilik üsuludur. Məhz bu yolla gələn ilin sonuna kimi İran Azərbaycan üzərindən Belarusa və Rusiyaya 2 milyon tondan çox yükün daşınmasını planlaşdırır. Bundan başqa, İran tərəfinin rəsmi mövqeyinə görə, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Rəşt-Astara dəmir yolu 3 il ərzində inşa edilərək istismara veriləcək. Qeyd olunub ki, Belarusun, Baltikyanı dövlətlərinin və Finlandiyanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərmələri həyata keçirilən işlərin sürətlənməsinə səbəb olacaq. Bundan başqa, İranın dövlət büdcəsindən Zahedan-Səbəhar dəmir yolunun çəkilişinə 125 milyon dollar vəsait ayrılıb. 630 kilometrlik yolun çəkilişinə 2014-cü ildə başlanıb. Gələn ilin mart ayında Zahedan-Səbəhar dəmir yolunun 100 kilometrlik hissəsi istismara veriləcək.

Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması və Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya yeni tranzit dəhlizinin açılmasına Əfqanıstan hökuməti də çox böyük maraq göstərir.

Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38911,8 min ton, yük dövriyyəsi isə 8343,7 milyon ton-kilometr olub. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 24013 min tonu və ya 61,7 faizi avtomobil nəqliyyatı, 9589,8 min tonu və ya 24,7 faizi dəmir yolu nəqliyyatı, 5309 min tonu və ya 13,6 faizi dəniz nəqliyyatı ilə daşınıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7 faiz artım müşahidə edilib. Dəhliz vasitəsilə daşınmış yüklərin 19 faizini və ya 7386,3 min tonunu tranzit yüklər təşkil edib. Əlavə edə bilərik ki, Azərbaycanın tranzit potensialını artıracaq digər marşrutlarla yanaşı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət kəsb edən layihələrdən biridir. Dəhliz Hindistan-İran-Azərbaycan-Rusiya-Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərir. Artıq sınaq məqsədilə “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə Rusiyadan İrana taxta daşınıb. Nəzərə almaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi sayəsində keçmiş SSRİ məkanından Azərbaycana daxil olan qatarların qısa zaman kəsiyində İran və Anadolu məkanına çatması təmin olunub.

Son vaxtlar belə bir informasiya yayılmaqdadır ki, guya Qazaxıstan və Rusiya tərəfləri Çindən dəmir yolu çəkməklə Avropaya yeni çıxış əldə etməklə Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ polad magistral yaradacaqlar. Əvvəldə qeyd etdiyimiz kimi nə hazırda, nə də gələcəkdə heç bir polad magistral Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ ola bilməz. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu məhz Qazaxıstan və Rusiya üçün də Qafqaza, Anadoluya və Cənubi Avropaya birbaşa çıxış keçididir. Nəzərə almaq lazımdır ki, Rusiya Federasiyasının Cənubi Avropa ölkələri ilə birbaşa quru sərhədi yoxdur. Rusiya Cənubi Avropaya qurudan Baltikyanı ölkələr, Ukrayna və yaxud Belarus vasitəsilə çıxa bilir. Bundan başqa, daşımalar üzrə mütəxəssislər əsaslandırırlar ki, dəmir yolu nəqliyyatı şirkətləri üçün ən sərfəli variant qatarların bütün istiqamətdə boş hərəkət etməməsidir. Bakı-Tbilisi-Qars dəmir yoluna birləşən polad magistralların keçdiyi ölkələrin iqtisadi resursları, idxal etdikləri məhsullar fərqlidir. Odur ki, bu yolla vaqonların boş hərəkəti riski yox dərəcəsindədir. Bu hal Qazaxıstan və Rusiyaya da imkan verir ki, həm özlərinin idxal və ixracına, həm də tranzit daşımalarda fəal iştirak etsinlər. İkincisi, zəngin təbii ehtiyatlara malik Qazaxıstan və Rusiya tarixdə ilk dəfədir ki, məhz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Yaxın Şərqə və Afrikaya dəmir yolu ilə çıxış perspektivi əldə ediblər. Təbi ki, bu Türkiyənin yaxın gələcəkdə öz dəmir yolu şəbəkəsini sərhədlərə doğru şaxələndirmək siyasətindən və Yaxın Şərqdəki sülh prosesindən asılıdır. Türkiyə rəsmilərinin bu barədə nikbin açıqlamaları isə deməyə əsas verir ki, belə bir prosesin baş verməsinə ümid etmək mümkündür.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb