CƏMİYYƏT


Bakı Ürək Mərkəzində daha bir unikal əməliyyat keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat icra olunub. Belə ki, 72 yaşlı xəstənin döş qəfəsi açılmadan və anesteziya verilmədən qapalı üsulla ürək qapağı dəyişdirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yüksək ixtisaslı həkimləri – ürək-damar cərrahı Anar Əmrah, invaziv kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən uğurla həyata keçirilib. Əməliyyat ən müasir avadanlıqlarla təchiz olunmuş hibrid salonunda (Angioqrafiya və əməliyyatın bərabər aparıldığı əməliyyatxana) aparılıb.

Qeyd edək ki, digər əməliyyatlarla müqayisədə bu cərrahi müdaxilənin ağırlaşma faizi olduqca aşağıdır. Orta hesabla bir saat davam edən əməliyyatdan 24-48 saat sonra xəstə evə yazılır.

Qapalı üsulla ürək qapağının dəyişdirilməsi tibbin ən müasir yeniliklərindəndir. Bu əməliyyat artıq 3-cü dəfədir ki, mərkəzi həkim heyəti tərəfindən uğurla icra olunur. Bu əməliyyatı digərlərindən fərqləndirən cəhət isə ölkəmizdə ilk dəfə istifadə olunan qapağın (Starr-Edwards S3) daha uzunömürlü olması və daha incə kateter vasitəsilə xəstəyə implantasiya edilməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.