MƏDƏNİYYƏT


Bakı Uşaq Teatrı mövsümü “Pəltək cücə” tamaşası ilə bağlayacaq

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 8-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı “Pəltək cücə” tamaşası ilə mövsümə yekun vuracaq.

İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşanın nümayişi teatrın müvəqqəti yerləşdiyi Q.Abbasov adına Mədəniyyət Sarayında baş tutacaq.

Türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda hazırlanan “Pəltək cücə” tamaşasında hadisələr xoruzla toyuğun ailəsində baş verir. Ailədə olan 7 cücədən birinin dilində qüsur var. Bacı-qardaşları ona gülürlər. Vəziyyəti görən ana toyuq pəltək cücəni həkim tülkünün yanına aparır. Tülkü müalicə adı ilə cücəni xəstəxanada saxlayır. Sonda ailə birgə pəltək cücəni tülkünün əlindən qurtarır və söz verirlər ki, bir də bacılarına gülməyəcəklər.

Qeyd edək ki, tamaşanın rejissoru İlhamə Əhmədova, rejissor köməkçisi Niyaz Qasımov, musiqi tərtibatı Mahir İbrahimli, xoreoqraf Könül Şahbazova, musiqilərin mətnlərinin müəllifi isə Rafael Muradxanlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.