ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasında bütün tədris pillələri üzrə dərslər uğurla davam etdirilir

Bakı, 15 fevral, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının qarşısına qoyduğu əsas məqsəd və vəzifələrdən biri bu gün virtual formatda keçirilən dərslərin pandemiya dönəmindən əvvəldə olduğu kimi məzmunlu və keyfiyyətli aparılmasıdır. Akademiyada ənənəvi tədris prosesinin bərpasından öncə karantin rejimi qaydalarına uyğun olaraq təmizlik və dezinfeksiya işləri aparılıb. Koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasından ötrü bütün pillələr üzrə auditoriya, məşq və akt zalları, inzibati heyətin kabinetləri və digər ərazilər dezinfeksiya olunub. Beləliklə, akademiyanın bütün tədris korpusları şagirdlərin təmiz və sağlam mühitdə təhsilə yiyələnmələrindən ötrü tam hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib. Bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasının ümumtəhsil pilləsində böyük canlanma var. İbtidai sinif şagirdləri əvvəlki illərdə olduğu kimi həvəslə dərsə gəlirlər. Orta ixtisas təhsil pilləsində və ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələri üzrə dərslər onlayn davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.