ELM VƏ TƏHSİL
Bakı məktəbliləri beynəlxalq turnirdə qalib olublar
Bakı, 11 iyun, AZƏRTAC
Paytaxt məktəbliləri Gürcüstanda yeniyetmələr arasında karate üzrə keçirilən beynəlxalq turnirdə qalib olublar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, 95 nömrəli tam orta məktəbin şagirdləri Polad Abdulrəzimov və Rəyyan Abbaslı, 278 nömrəli tam orta məktəbin şagirdi Rəşid Rəşidov, 58 nömrəli tam orta məktəbin şagirdi Davud Həsənli, 269 nömrəli tam orta məktəbin şagirdi Əhməd Şəfiyev, 261 nömrəli məktəb-liseyin şagirdi Nihad Abıyev və “Zəngi” liseyinin şagirdi Zakir Məmmədli bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Turnirdə 278 nömrəli tam orta məktəbin şagirdi Valeh Əhmədov, 171 nömrəli tam orta məktəbin şagirdi Çingiz Həşimov, 145 nömrəli tam orta məktəbin şagirdi Yusif Məmmədli və 249 nömrəli tam orta məktəbin şagirdi Rəhman Sadıqov II, 145 nömrəli tam orta məktəbin şagirdi Musa Məmmədli isə III yeri tutub.
Turnirin finalında azərbaycanlı idmançıların məğlub etdikləri rəqibləri arasında erməni idmançılar da olub.
Xatırladaq ki, yarışda ümumilikdə 704 idmançı mübarizə aparıb.