MƏDƏNİYYƏT


Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi açılacaq

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 23-dən 26-dək Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi təşkil olunacaq.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, dünyanın ən böyük sağlamlıq turizmi sərgisi olan HESTOUREX-nin post-pandemiya dövründə hər il fərqli bir məkanda keçirilməsi nəzərdə tutulur. Bu il dünyanın ən böyük sağlamlıq turizmi toplantısı HESTOUREX öz iştirakçılarını tamamilə yenilənmiş formada Azərbaycanın paytaxtı Bakı şəhərində salamlayacaq. Bu möhtəşəm görüşə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 65-dən çox ölkəsindən 1000-dən çox sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə minlərlə B2B görüşlərin təşkili planlaşdırılır. Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – "Baku Crystal Hall"da xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcək.

Sərgi rəsmi olaraq Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.

Sərgidə ziyarətçi qismində iştirak etmək istəyənlər ətraflı məlumat və qeydiyyat forması üçün aşağıdakı veb-sayta daxil ola bilərlər.

https://hestourexazerbaycan.com/en/visitor/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.