İQTİSADİYYAT


Bakıda 59,5 milyon manatlıq hazır metal məmulatları istehsal olunub

Bakı, 3 aprel, AZƏRTAC 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində bu ilin yanvar-fevral aylarında paytaxtda 59,5 milyon manatlıq məhsul istehsal olunub.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə metallurgiya sənayesində 22,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 55,7 faiz azalma müşahidə edilib.

Ötən ilin yanvar-fevral aylarına nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 33,3 faiz, qara metallardan digər konstruksiyaların istehsalı isə 3,8 faiz, armaturun istehsalı 1,9 faiz artıb, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 76 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.