SİYASƏT


Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Bakıda Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətləri, o cümlədən müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Pakistan hərbi nümayəndə heyətinin rəhbəri Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində ölkəsinin iştirak etməyə hazır olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.