İDMAN


Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

Bakı, 22 oktyabr, AZƏRTAC

Noyabrın 13-də Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş korporativ sosial məsuliyyət mövzusunda “Yenilməzlər” adlı beynəlxalq qala təqdimat keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbir Paralimpiya hərəkatının, dəyərlərinin və fəlsəfəsinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası, bu sahənin inkişafı istiqamətində dövlət qurumları və özəl şirkətlərin korporativ sosial məsuliyyətinin stimullaşdırılmasına həsr olunacaq.

Tədbirdə fiziki məhdudiyyətli insanların sosial inteqrasiyası sahəsində böyük nüfuza malik xarici və yerli ekspertlərin geniş təqdimatları nümayiş etdiriləcək. Təqdimat kölgə teatrı, ultrabənövşəyi şou və digər yaradıcı işlərlə zəngin olacaq.

Tamaşalar paralimpiyaçıların həyat hekayələrini və çətinliklər qarşısında yenilməzliyini nümayiş etdirəcək.

Tədbirdə dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, bir sıra xarici və yerli şirkətlərin, QHT-lərin və bəzi ölkələrin Paralimpiya komitələrinin rəhbərlərinin və nümayəndələrinin iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.