Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 14 fevral, P.İmanova, AZƏRTAC

Fevralın 14-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf təşkilatı (Economic Social Development – ESD) ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov davamlı inkişafın sosial-iqtisadi problemlər kontekstində aktual çağırış olduğunu bildirib. O deyib: “Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Biz elm adamları bu təşəbbüsə dəstək məqsədilə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfransın Bakıda keçirilməsini planlaşdırdıq. Konfransda davamlı inkişaf konsepsiyasının əsas istiqamətləri öz əksini tapıb. Beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən altı istiqamət üzrə 201 məruzə daxil olub. Müvafiq istiqamətlərdə aparılmış təhlillər göstərir ki, ötən dövrdə ölkəmizdə dayanıqlı inkişaf modelinə keçidin başlanğıc mərhələsi üçün qəbul edilən Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində uğurlu siyasət həyata keçirilib. Bu, ilk növbədə özünü “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, dövlət başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli Fərmanına uyğun olaraq təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın 11 prioritet sektorunun inkişafı üzrə ümumilikdə 12 Strateji Yol Xəritəsi, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və ölkənin regionlarının, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə əlaqədar geniş əhatəli dövlət proqramlarının qəbulu və uğurlu icra olunmasında, həmçinin müvafiq istiqamətlərdə zəruri islahatların aparılmasında, qanunvericilik bazası və institusional mexanizmlərin formalaşdırılmasında göstərir”.

Sonra prorektor UNEC-in tədris proqramı, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib, qlobal iqtisadiyyatın çağırışlarına dair bir sıra beynəlxalq konfranslara ev sahibliyi etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov bildirib ki, bu cür nüfuzlu beynəlxalq tədbir Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin bariz nümunəsidir. Konfransa UNEC-in ev sahibliyi etməsi ölkəmizdə təhsil sisteminin beynəlxalq nüfuzundan xəbər verir. Beynəlxalq tədbirin sosial iqtisadi məsələlərin müzakirə olunduğu bir platformaya çevrildiyini deyən Ş.Bayramov bildirib ki, builki konfransın mövzusu xüsusi aktuallığı ilə seçilir.

Beynəlxalq konfransın təşkilat komitəsinin sədri Domagoj Cingula, Xorvatiya Zaqreb Universitetinin nümayəndəsi Marijan Cingula, macarıstanlı alim Zoltan Baracskai və digər çıxış edənlər tədbirin dünya iqtisadiyyatının aktual çağırışlarının müzakirəsi baxımından əhəmiyyətini qeyd edib, 37-ci konfransın Azərbaycanın ali təhsil müəssisəsinin dəstəyi ilə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıblar.

Bildirilib ki, bu tədbir əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır. Qəbul edilmiş məqalələrin “Web of Science”da və “EconLit”də dərc olunması nəzərdə tutulub.

Tədbirdə Təhsil, İqtisadiyyat, Vergilər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri iştirak ediblər. Həmçinin 16 ölkədən ali məktəblər, o cümlədən “London`s Global University” (İngiltərə), “University of Siegen” (Almaniya) və digərləri təmsil olunur. Konfransın elmi məqalələrin dərc olunduğu kitab və CD iştirakçılara təqdim olunub.

Sonra konfrans işini UNEC-də “Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar”, “İnnovasiya əsaslı sosial-iqtisadi inkişaf”, “Davamlı inkişafın hədəfləri: fiskal və monetar mexanizm”, “Təbii sərvətdən əldə olunan gəlirlərin sosial-iqtisadi aspektləri”, “Qarışıq mühitdə müəssisə”, “Yaradıcılıq və bürokratiya arasında qalan sahibkarlıq” və digər bölmələr üzrə davam etdirib.

Bölmə iclaslarında “Rəqabətin iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi”, “Kapital bazarları birliyi və yeni üzv dövlətlərdə kapital bazarlarının inkişaf etdirilməsi üçün Avropa örtülü istiqraz təşəbbüsü”, “Azərbaycan və Gürcüstan arasında ticarətin statistik tərəfləri”, “İctimai idarəetmə sistemində innovativ inkişaf strategiyalarının tətbiqi ilə bağlı məsələlər”, “İnnovasiya və milli rəqabətliliyin əlaqələndirilməsi”, “İqtisadi böyümədə kredit səviyyəsinin rolunun təhlili: Azərbaycan nümunəsində”, “Dayanıqlı inkişaf milli doktrina kimi: Vyetnam təcrübəsi”, “Sərhədsiz dünyada milli iqtisadiyyatların transformasiyası”, “İqtisadi artımda investisiya faktorunun tətbiqi” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq tədbir fevralın 15-də başa çatacaq.

Bakıda “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib