İQTİSADİYYAT
Bakıda Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyanın IV Konqresi keçiriləcəkdir
Bakı, 3 dekabr (AZƏRTAC). Dekabrın 5-6-da Bakıda Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresi keçiriləcəkdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirin birinci iş günü Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının 42-ci yığıncağı keçiriləcək və IV Konqresin təşkilati məsələlərinə baxılacaqdır.
Konqresdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Səttar Mehbalıyev iştirak edəcəklər.
Cari il avqustun 7-də Moskvada Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Nizamnaməsinə müvafiq olaraq Konfederasiyanın IV Konqresinin keçirilməsi məsələlərinə dair Həmkarlar İttifaqları sədrlərinin müşavirəsində tədbirin Bakıda keçirilməsi qərara alınmışdır.