Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda GUAM Parlament Assambleyasının IX sessiyası keçirilib

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Azərbaycan Respublikası Milli Məclisində GUAM Parlament Assambleyasının (PA) IX sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanı GUAM Parlament Assambleyasının sədri, Milli Məclisin GUAM PA-da nümayəndə heyətinin rəhbəri Azər Kərimli açıb. A.Kərimli əminliklə bildirib ki, Bakı toplantısında qəbul olunacaq qərarlar GUAM regionunda aparılan əməkdaşlığın daha da inkişaf etdirilməsinə, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov GUAM-ın nüfuzunun ildən-ilə artdığını söyləyib. O, əminliyini bildirib ki, IX sessiyada aparılan fikir mübadiləsi, qəbul ediləcək qərarlar təşkilatın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə kömək edəcək. GUAM Parlament Assambleyasının toplantısının Azərbaycanda artıq ikinci dəfədir keçirildiyini deyən V.Ələsgərov bildirib ki, bu geniştərkibli toplantı təşkilatın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının göstəricisidir.

Milli Məclis sədrinin müavini müasir dünyada parlament diplomatiyasının əhəmiyyətinin və rolunun getdikcə artdığını vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının ənənəvi diplomatiya mexanizmlərini tamamlayaraq zənginləşdirdiyini, dövlətlər arasında mövcud olan məsələlərin həllinə, sivilizasiyalar arasında dialoq üçün maneələrin aradan qaldırılmasına səmərəli töhfə verdiyini deyib. “Azərbaycan Respublikasının Milli Məclisi olaraq biz bu baxımdan GUAM Parlament Assambleyasının əhəmiyyətini yaxşı başa düşürük və təşkilatın fəaliyyətinə bundan sonra da lazımi dəstəyi verməyə hazırıq”, - deyə V.Ələsgərov qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara məlumat verən Milli Məclis sədrinin müavini bildirib ki, bu münaqişənin indiyədək həll edilməməsi həm bölgədə həyata keçirilən inteqrasiya proseslərinə mane olur, həm də beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. O deyib ki, GUAM dövlətlərinin başçıları və xarici işlər nazirləri bütün beynəlxalq tədbirlərdə vahid mövqedən çıxış edir, ölkələrimizin ərazisində məlum münaqişələrlə bağlı müxtəlif təşəbbüslər irəli sürürlər. “Dövlət başçılarımız dəfələrlə bəyan ediblər ki, GUAM dövlətlərinin ərazisində münaqişələr yalnız ölkələrimizin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığına riayət edilməsi əsasında həll oluna bilər. Bu vəzifənin GUAM çərçivəsində əməkdaşlığın üstün hədəflərindən biri olduğu davamlı şəkildə ifadə edilir. Əminik ki, göstərilən səylər öz nəticəsini verəcək və bütün münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri əsasında tez bir zamanda həll ediləcək”, - deyə o bildirib.

Sonra çıxış edən Azər Kərimli Azərbaycanın GUAM PA-ya sədrliyi barədə söhbət açıb. Bildirib ki, sədrlik dövründə təşkilatın fəaliyyətinin genişləndirilməsi ilə bağlı Azərbaycan tərəfi səylərini davam etdirib. Assambleyanın hədəflərindən biri kimi beynəlxalq əməkdaşlığın gücləndirilməsi çərçivəsində regional və beynəlxalq parlament təşkilatları ilə münasibətlərin möhkəmləndirilməsi səyləri Azərbaycanın sədrliyi ilə davam etdirilib. O deyib: “İl ərzində müxtəlif beynəlxalq forumlardakı fəal iştirakımız, xarici tərəfdaşlarla apardığımız fikir mübadilələri və nəhayət, nüfuzlu qurumların Bakı sessiyasına qatılması onu deməyə əsas verir ki, GUAM Parlament Assambleyası öz beynəlxalq fəaliyyətini bundan sonra da genişləndirmək əzmindədir. GUAM PA-nın gündəliyində duran mədəniyyət məsələsi də bu il diqqət mərkəzində olub. Belə ki, bu ilin may ayında Ukraynada təşkil edilmiş beynəlxalq incəsənət festivalında GUAM-a üzv dövlətlər də təmsil olunub. Azərbaycan dünyada artıq sülh və əməkdaşlıq modeli kimi tanınır. Belə bir müsbət imicin formalaşmasında ölkə rəhbərliyinin praqmatik xarici siyasəti müstəsna rol oynayır. Respublikada bir çox sahələrdə müşahidə olunan inkişaf, demokratik islahatların davam etdirilməsi, dövlətimizin ümumi strateji inkişaf kursunun prioritet xətt kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirib. Azərbaycan nəinki yerləşdiyi regionun, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir”.

Sessiyada çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, GUAM təşkilatı üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır. Belə ki, GUAM-a üzv ölkələr - Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova oxşar problemlərlə üzləşiblər.

GUAM-ın nüfuzunun gündən-günə artdığını deyən nazir bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirib. Qeyd edib ki, üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqillik və suverenliyini möhkəmləndirməlidir, məruz qaldığı işğal faktından qurtulmalıdır. GUAM-a üzv olan dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bütün bunlar GUAM-a üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq.

Nazir deyib: “GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları mövcuddur. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Bu prinsipə qarşılıqlı olaraq GUAM-ın üzvü olan dörd dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu, real siyasətdir”.

Elmar Məmmədyarov GUAM üzvlərinin BMT Baş Assambleyasında həlli uzanan münaqişələr üzrə qətnamə layihəsinin irəli sürülməsi ilə bağlı səyləri artırmasının vacibliyinə diqqət çəkib. Qeyd edib ki, ölkələrin təhlükəsizliyinin və suverenliyinin təmin olunması, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpası, həmçinin enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizi və multikulturalizm məsələləri böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, iqtisadi və regional təhlükəsizlik məsələlərinə də xüsusi əhəmiyyət verməliyik. BMT Baş Assambleyasının münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur. Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq. Çünki GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur. Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması, qaçqın problemləri ilə üzləşmişik. Bununla bağlı birgə bəyanat vermişik. Bu kimi məsələlərlə bağlı GUAM-a üzv dövlətlərin birgə addımları çox önəmlidir.

Daha sonra çıxış edən GUAM-ın baş katibi Altay Əfəndiyev bildirib ki, GUAM getdikcə daha cəlbedici təşkilata çevrilib. O, GUAM ərazisində mövcud olan münaqişələrin həlli istiqamətində səylərin birləşdirilməsinin və müasir dünyada ölkələrin üzləşdikləri təhlükələrin qarşısının alınmasının vacibliyini vurğulayıb.

“GUAM regional təşkilat olaraq siyasi platformaya malikdir və bu təşkilat çərçivəsində üzv ölkələr bir çox məsələlərdə, xüsusilə də digər ölkələr tərəfindən üzv ölkələrin ərazilərinin işğal olunması faktı ilə bağlı vahid mövqedən çıxış etməlidirlər”, - deyə A.Əfəndiyev əlavə edib.

Sonra GUAM PA-da Gürcüstan parlament nümayəndə heyətini təmsil edən Kaxaber Kutçava, Moldova parlament nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Anatolie Zaqorodniy, Ukrayna Ali Radası nümayəndə heyətinin rəhbəri Anatoli Matviyenko, Baltik Assambleyasının prezidenti Yanis Vutsans, Çexiya parlamenti Deputatlar Palatası sədrinin müavini Voytex Filip, Polşa Seyminin xarici əlaqələr komitəsinin sədr müavini Malqojata Qasievska, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, TürkPA-nın baş katibi Jandos Asanov GUAM Parlament Assambleyası çərçivəsində həyata keçirilməsi vacib olan məsələləri diqqətə çatdırıblar. Bildirilib ki, GUAM PA siyasi və iqtisadi sahələrdə problemlərin həlli üçün əlavə platforma rolunu oynayır və bu platformadan səmərəli şəkildə istifadə olunmalıdır.

Nahar fasiləsindən sonra sessiyada Milli Məclisin deputatları Qüdrət Həsənquliyevin, Əli Məsimlinin və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin “Parlamentlərarası əməkdaşlıq regional təhlükəsizliyin möhkəmləndirilməsində vasitə kimi”, “Regionda nəqliyyat layihələrinin reallaşdırılmasında GUAM-a üzv dövlətlərin parlamentlərinin rolu”, “Multikulturalizm zamanın zəruri inkişaf meyli kimi: parlament ölçüsü” mövzularında məruzələri dinlənilib, bu mövzularda müzakirələr aparılıb. Müzakirələrin sonunda yekun sənədlər qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO