Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda ISESCO İcraiyyə Şurasının 36-cı iclası keçirilir VİDEO

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın ISESCO ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. Təşkilatla münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən yüksək səviyyəyə çatıb.

2006-cı ildən etibarən ISESCO-nun xətti ilə ölkəmizdə keçirilən tədbirlər barədə məlumat verən Ə.Qarayev deyib ki, birgə fəaliyyət gələcəkdə də davam etdiriləcək. Nazir Bakı və Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar qurumun rəhbərliyinə minnətdarlığını bildirib. Vurğulanıb ki, “Bakı prosesi” çərçivəsində keçirilən silsilə tədbirlər artıq İslam dünyasının mədəniyyət, elm və təhsil səviyyəsini dünya miqyasında sübut etməyə imkan verir.

Azərbaycanın əsas, ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkən Ə.Qarayev ölkəmizin haqq işini birmənalı olaraq dəstəklədiyinə görə ISESCO rəhbərliyinə təşəkkür edib.

Qeyd olunub ki, 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. ISESCO-nun forumda yüksək səviyyədə iştirak edəcəyinə əminliyini bildirən nazir onu da deyib ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının gələcəyi naminə mühüm tədbir olacaq.

Yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinə təşəkkür edən ISESCO İcraiyyə Şurasının sədri Bubakar Dukure iclasda iştirak etməkdən qürur duyduğunu bildirib, təşkilatın ötən müddət ərzindəki fəaliyyətindən danışıb. Məlumat verilib ki, iclasda ISESCO-nun qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən bəhs olunacaq. İclasda ötən üç il üçün nəzərdə tutulmuş planın icrası müzakirə ediləcək və qarşıdakı illər üçün fəaliyyət planı təsdiqlənəcək.

“Biz böyük dövlətlərin müsəlman ölkәlәrinә müdaxilәsi nəticəsindә yaranan problemlәri nәzәrdәn keçirmәliyik. Tәşkilatımız regional, habelə beynәlxalq proseslәri yaxından izlәyir və biz üzәrimizә düşәn vəzifəni dәrk edirik. Elә etmәliyik ki, İslam mәdәniyyәtini, incəsənətini, dәyәrlәrini qoruyub saxlaya bilәk. Biz islam dünyasının inkişafı naminə daha çox işlәr görmәliyik. ISESCO fәalliyyәtinin miqyasını genişlәndirmәk istәyir və bunun üçün əlverişli imkanlar mövcuddur” - deyə Bubakar Dukure qeyd edib.

İclasda çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurumla Azərbaycan arasında məhsuldar əməkdaşlıq əlaqələri təşəkkül tapıb. Prezident İlham Əliyevin dəstəyi ilə ISESCO Bakıda mühüm tədbirlər keçirib. Baş direktor buna görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Təşkilatın üç illik fəaliyyətinə dair hesabatlar hazırlandığını deyən Əbdüləziz bin Osman əl-Tuveycri iclasda yeni tədbirlər planının qəbul olunacağına əminliyini ifadə edib.

Baş direktor deyib: “Son 10 ildə Azərbaycanda ISESCO-nun xətti ilə beş tədbir keçirilib. Baş konfransın belə gözəl ölkədə təşkil olunması təşkilatla Azərbaycan arasında gözəl əməkdaşlığın göstəricisidir. Bizim mövqelərimiz güclənib və onu bundan sonra daha da gücləndirməliyik. İcraiyyə Şurasının iclası üç illik fəaliyyətin yekunudur və 2016-2018-ci illər üçün yeni tədbirlər planına yol açır. Bu iclasda büdcə məsələlərini də nəzərdən keçirəcəyik. Biz artıq yeni mərhələnin başlanğıcındayıq. Anlayırıq ki, vəzifələrimiz və məsuliyyətimiz böyükdür. Biz İslam ümmətinə xidmət edərək təhsil məsələlərini gücləndirməli, elmi tədqiqatları genişləndirib inkişafa nail olmalıyıq”.

Əbdüləziz bin Osman əl-Tuveycri müsəlman aləmində baş verən silahlı münaqişələrdən narahat olduğunu diqqətə çatdırıb: “Elmi-mədəni və təhsil imkanlarından məhrum olmuş müsəlman icmalarına təşkilatımızın resurslarından istifadə etməyə şərait yaratmalıyıq. Müsəlman qardaşlığının gücləndirilməsi vacibdir. Bu, terrorçuluğun aradan qaldırılması üçün zəruridir. Qərb mətbuatının İslam sivilizasiyası haqqında yaydığı səhv məlumatların və yanlış təbliğatın qarşısını almalıyıq. Təəssüf ki, müsəlman təşkilatların səsi beynəlxalq aləmdə o qədər də eşidilmir. Biz sivilizasiya modelimizi düzgün şəkildə nümayiş etdirməli və göstərməliyik ki, İslam sülh, bilik, mədəniyyət və təhsil dinidir. Gələcəkdə medianın bu sahədə oynadığı rola diqqət etməliyik. ISESCO mədəniyyətlər arasında körpü rolunu oynamalıdır”.

İclas işini sessiyalarla davam etdirir.

 

Bakıda ISESCO İcraiyyə Şurasının 36-cı iclası keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO