İQTİSADİYYAT
Bakıda “InvestrPro Azerbaijan” biznes konfransı keçiriləcək
Bakı, 15 aprel, AZƏRTAC
İyunun 10-11-də Bakıda “InvestrPro Azerbaijan, Bakı 2019” biznes konfransı keçiriləcək.
Sərmayə qoyuluşunu necə həyata keçirməli? Xarici banklarla işin yeni reallıqları, Avropa, ABŞ və digər ölkələrdə investisiya qoymaqla vətəndaşlıq almağın yolları, biznes üçün beynəlxalq strukturların inkişafı və bank hesablarının qorunması.
Tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bu və digər aktual və mühüm sualların cavablarını siz “InvestrPro Azerbaijan, Bakı 2019” biznes konfransında tapacaqsınız.
Konfrans B2C formatı üzrə keçiriləcək. Sərgi və konfransın uğurlu vəhdətini təşkil edən “InvestPro” 23-dən çox məruzə ilə tanış olmağa qəhvə fasiləsi, nahar və axşam kokteyli zamanı ən aktual problemləri qeyri-formal şəraitdə müzakirə etməyə imkan verir.
“InvestPro” konfransında hər il 20 ölkədən 250-dən çox nümayəndə - biznesmenlər, baş və maliyyə direktorları, vergi və maliyyə müşavirləri, bankirlər, aktivlərin idarə edilməsi üzrə mütəxəssislər iştirak edirlər.
Konfransda Azərbaycan, Böyük Britaniya Lixtenşteyn, BƏƏ, İsveçrə, Latviya, Ukrayna, İtaliya və Gürcüstandan olan spikerlər çıxış edəcəklər. Bundan başqa, Sinqapur, ABŞ, Kanada, Rusiya, Lüksemburq, Litva, Estoniya və digər ölkələrdən peşəkarların iştirakı gözlənilir.
Tədbirdə eksklüziv daxili informasiyalar və biliklər almaq mümkün olacaq. Spikerlər uğurlu keyslərini bölüşəcək, öz sahələrinə aid real praktik həll yollarını açıqlayacaq, sizin biznesinizlə bağlı fərdi məsləhətlər verəcək. Konfransda yeni və faydalı əlaqələr yaratmaq da mümkün olacaq.
Qeydiyyat 2019-cu il mayın 24-dək Azərbaycanda fəaliyyət göstərən bir şirkətdən iki nümayəndə (yalnız top-menecerlər) üçün aparılacaq.
Onlayn qeydiyyatdan keçmək olar.
Azərbaycandan olan nümayəndələrin mayın 24-dən sonra qeydiyyatı 300 manatdır.
Digər ölkələrdən olan nümayəndələr üçün qiymət 300 avrodur.
Əvvəlcədən qeydiyyatdan keçən şirkətlər üçün güzəştlər tətbiq olunur: aprelin 22-dək 270 avro.
Konfransın keçiriləcəyi yer: JW Marriott Hotel Absheron Baku 5*.
Əlavə məlumatları +442035193484, +35722008684 telefon nömrələrinə zəng edərək və ya [email protected] elektron ünvanından almaq olar.
Proqram saytında yenilənəcək.