MƏDƏNİYYƏT


Bakıda Mahatma Qandinin 150 illiyi qeyd ediləcək

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hindistanın siyasi və ictimai xadimi Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində iştirakçılara musiqi və rəqs proqramı təqdim ediləcək , həmçinin Mahatma Qandinin həyat və fəaliyyəti haqqında məlumat veriləcək.

Mohandas Karamçand “Mahatma” Qandi (2 oktyabr 1869-cu il, Porbandr, Qucarat – 30 yanvar 1948, Yeni Dehli) – hind siyasi və ictimai xadimi, Hindistanın Böyük Britaniyadan müstəqilliyi uğrunda hərəkatın rəhbəri və ideoloqlarından biridir. Onun qeyri-zorakılıq fəlsəfəsi (satyaqraxa) dinc yolla dəyişiklik tərəfdarlarının hərəkatına böyük təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.