Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda DQİDK-nın rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı çıxış edərək bildirib ki, konfransın keçirilməsində məqsəd Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti haqqında ictimaiyyətə məlumat vermək, eyni zamanda, mənəvi dəyərlərimizin təbliği ilə bağlı müzakirələr aparmaqdır. Xalqımız özünəməxsus milli mənəvi dəyərlərə sahibdir, bu dəyərlərin qorunub saxlanılması vacib məsələlərdən biridir. Milli mənəvi dəyərlərin özündə böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirdiyini diqqətə çatdıran Mübariz Qurbanlı buraya azərbaycançılıq ideologiyası, dilimiz, dinimiz, vətənimiz, müstəqilliyimiz və bu kimi amillərin aid olduğunu deyib.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışının sürətləndiyini deyən Mübariz Qurbanlı ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlərin ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmləndiyini, bu sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. O, ən böyük dəyərlərimizdən biri olan azərbaycançılıq ideologiyasının ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik siyasətinə daxil edildiyini deyib. Vurğulayıb ki, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atır. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da bu sahəyə verilən dəyərin göstəricisidir. Fondun qarşısında böyük vəzifələrin qoyulduğunu deyən Mübariz Qurbanlı bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyətləri, habelə müvafiq dövlət qurumları ilə əməkdaşlığın önəminə diqqət çəkib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun fəaliyyət istiqamətləri və hədəfləri barədə məlumatları əks etdirən geniş təqdimatla çıxış edib. O, Fondun mənəvi dəyərlərin qorunması və inkişafı, bu sahədə sosial layihələrin reallaşdırılması, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin verilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib. İcraçı direktor cəmiyyətdə mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin və gələcək nəsillərə çatdırılmasının, milli birlik və həmrəyliyimizin möhkəmləndirilməsinin, mənəvi dəyərlərimizin təbliği vasitəsilə Azərbaycan mədəniyyətinin inkişafına töhfələr verilməsinin, eləcə də cəmiyyətdə tarixən xalqımıza xas olan xeyriyyəçilik ənənələrinin dirçəldilməsinin Fondun əsas hədəfləri sırasında yer aldığını diqqətə çatdırıb.

Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dini sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu gün bir çox müsəlman ölkələrində olan problemlərin kökündə xarici təsirlər dayanır. Hər hansı bir milləti, dövləti məhv etmək üçün milli, dini dəyərlər istifadə olunub və bu istiqamətdə ölkədə problemlərin yaradılmasına cəhdlər edilib. Zaman-zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub, dini vəziyyətin gərginləşdirilməsi ilə bağlı müəyyən qüvvələrin fəaliyyət göstərdiyi müşahidə edilib, ancaq Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində buna nail ola bilməyiblər.

2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Mənəvi Dəyərlərin Təbliği Fondu və İlahiyyat İnstitutunun yaradılması, Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarının inşa olunması, bu günlərdə Hacı Cavad məscidinin yeni binasının istifadəyə verilməsi dövlətimizin başçısının milli mənəvi dəyərlərimizə göstərdiyi xüsusi diqqətin təzahürüdür.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov bildirib ki, Prezident İlham Əliyevin ölkədə sabitliyin qorunub saxlanılması istiqamətində apardığı siyasətin nəticəsidir ki, xalq növbəti dəfə ona etimad göstərdi. Dövlətimizin başçısı milli mənəvi dəyərlərimizin qorunmasına xüsusi diqqət və qayğı göstərir. Prezident seçkilərindən dərhal sonra onun Hacı Cavad məscidinin açılışında iştirakı, dindarlarla görüşü və bütün Qafqazın Müftisi Hacı Salman Musayevi yüksək dövlət mükafatı ilə təltif etməsi ölkəmizdə İslam dəyərlərinə böyük önəm verilməsini bir daha təsdiq edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Aynur Sofiyeva qeyd edib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun qarşısında mühüm məqsədlər və hədəflər dayanır. O, bu istiqamətdə fəaliyyətin uğurlu olması üçün Himayəçilər Şurasının da üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.

Daha sonra çıxış edən Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Teymur Kərimli, “Səs” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Xatirə Hüseynova milli mənəvi irsimizin gələcək nəsillərə çatdırılmasının, bu dəyərlərə bağlılığın qorunub saxlanılmasının, tolerantlıq mühitinin təbliğinin önəmindən danışıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI