CƏMİYYƏT


Bakıda “Mənim polisim” adlı sosial aksiya təşkil olunub

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Bakıda paytaxt könüllülərinin iştirakı ilə “Mənim polisim” adlı sosial aksiya keçirilib.

Bakı Şəhər Gənclər və İdman İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, 2 iyul – Azərbaycan Polisi Gününə həsr olunan aksiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi rəhbər tutularaq Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında təşkil olunub.

Aksiya çərçivəsində Formula 1 Qran-Prisinin, IV İslam Həmrəyliyi Oyunlarının, Avropa Gənclər Yay Olimpiya Festivalının könüllüləri, BŞGİBİ-nin, paytaxtın gənclər və idman idarələrinin əməkdaşlarının iştirakı ilə Bakının Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi və Səbail rayonlarında COVID-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyi və dəstək ifadə edib, onlara təşəkkürünü bildiriblər.

Aksiya hüquq-mühafizə orqanlarında çalışan polis əməkdaşlarına gecə və gündüz ictimai asayişin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, bu ərəfədə insanların sağlamlığının qorunmasında, təhlükəsizliyin təminatında, hüquqazidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə təşəkkür xarakteri daşıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.