Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda konfrans keçirilib

Bakı, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Suraxanı İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, bu tədbirin keçirilməsində məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir. O, respublikamızda hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıb. İcra hakimiyyətinin başçısı çıxışında, həmçinin dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış və bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətdə gördüyü işlərin əhəmiyyətini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin, dövlət din siyasətinin uğurla davam etdirilməsi sayəsində ölkəmizdə tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib. O qeyd edib ki, son illərdə Azərbaycanda keçirilən çoxsaylı forumlar və bu forumlarda bəşəriyyəti son dərəcə narahat edən təhlükəsizlik problemlərinin həllinə yönəlmiş çağırışlar da buna əyani sübutdur. Eləcə də Azərbaycan dövlətinin din siyasətini digər müsəlman ölkələrindən fərqləndirən amillərdən biri də onun hər hansı məzhəbə deyil, İslamın təməl prinsiplərinə söykənməsidir. Bu gün ölkəmiz vəhdət, həmrəylik prinsiplərinin bərqərar olmasına böyük səylərlə çalışır. Bunun da nəticəsində Azərbaycanın dünyada sülhpərvər bir ölkə kimi nüfuzu sürətlə artmaqdadır.

S.Heydərov qeyd edib ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını, Azərbaycandakı sabitliyi və inkişafı istəməyən müəyyən xarici dairələr respublikamıza qarşı pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Azərbaycandakı bəzi gənclər bu kimi dairələrin, ekstremist təşkilatların yalan vədlərinə aldanaraq radikal təsirlərə məruz qalırlar.

Bu səbəbdən Komitənin dini maarifləndirmə tədbirlərinin keçirilməsinə üstünlük verdiyini deyən sədr müavini vurğulayıb ki, ölkəmizə qarşı yönəlmiş bu təhdidləri nəzərə alaraq, vətəndaşlara dini məlumatlar alan zaman olduqca diqqətli olmağı tövsiyə edirik. Xüsusilə sosial şəbəkələrdən dini məlumatların alınması məqsədəuyğun deyil. Vətəndaşlara yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazə verdiyi dini kitablardan istifadə etmək tövsiyə olunur.

S.Heydərov, eyni zamanda, qarşıdan gələn Məhərrəm ayı və Aşura günü ilə bağlı tövsiyələrini də verib. Bildirib ki, Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir. Aşura günü şagirdlər dərsdə olmalıdırlar. Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar. Onun sözlərinə görə, həmin dövrdə uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar.

Sədr müavini onu da vurğulayıb ki, son illərdə Məhərrəm ayı ilə bağlı yaxşı tendensiya müşahidə edilir. Aşura mərasimi qanunlara riayət edilərək, sivil formada keçirilir. Bu il də Aşura mərasiminin daha sivil formada keçiriləcəyi gözlənilir.

Dövlət Komitəsinin sədr müavini sonda hər kəsi Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı verəcəyi fətva və tövsiyələrinə riayət etməyə çağırıb.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov çıxışında bildirib ki, dini radikalizm bu günün problemi deyil, bəşər tarixi boyunca radikalizm olub. Onun sözlərinə görə, nə qədər dindən siyasi məqsədlər üçün istifadə olunsa, dini radikalizm də müəyyən formalarda özünü göstərəcək. Ona görə də bütövlükdə dövlət orqanları və cəmiyyətimiz dini radikalizmlə mübarizədə fəaliyyət göstərməlidir.

Pənah Cahangirov qeyd edib ki, dövlətin gücü hər hansı xoşagəlməz hadisənin baş verib-verməməyi ilə ölçülmür. Dövlətin gücü ya həmin hadisələri qabaqlamaqda, ya da onun yarada bildiyi fəsadlardan qurtula bilməkdədir. Hər kəs əmin olmalıdır ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və hər bir hadisənin qarşısını almağa qadirdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, dünyanın hər bir nöqtəsində İslamı dağıdıcı din kimi təqdim etməyə çalışırlar. Əl-Kaidə, İŞİD, Boko Haram, Əl-Nüsra terror təşkilatları İslam dinini ləkələmək üçün yaradılıb. QMİ-nin sədr müavini əlavə edib ki, din pərdəsi adı altında müxtəlif dövlətlərdə siyasi sabitlik pozulur. Azərbaycanda isə buna heç bir zaman yol verilmir və verilməyəcək.

Azərbaycan dövlətinin daim din xadimlərinə qayğı göstərdiyini söyləyən QMİ-nin sədr müavini ölkə rəhbərliyinin diqqət və qayğısı ilə respublikamızda onlarla məscidin tikilib və əsaslı təmir edildiyini vurğulayıb.

Daha sonra Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov və Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev hüquq-mühafizə orqanları tərəfindən dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində görülən tədbirlərdən bəhs ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub