Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgiləri açılıb

Bakı, 21 may, AZƏRTAC 

Mayın 21-də Bakı Ekspo Mərkəzində XXI Azərbaycan Beynəlxalq qida sənayesi (“WorldFood Azerbaijan–2015”) və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“CaspianAgro–2015”) sərgiləri açılıb.

AZƏRTAC xəbər verir ki, sərgilərin təşkilatçıları “Iteca Caspian” MMC və “ITE Group Plc” şirkətidir. Sərgilər Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, mövcud əlaqələrin möhkəmlənməsində mühüm rol oynayan bu sərgilər yeni tərəfdaşların axtarışına, Azərbaycanın qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradan işgüzar platformaya çevrilib. Nazir vurğulayıb ki, son illər dövlətimizin başçısı tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi prosesində əhəmiyyətli nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin potensialının tam reallaşdırılması üçün yeni imkanlar açır. Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının şaxələndirilmiş inkişafı, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlətin mühüm hədəfləri olaraq nəzərdə tutulur.

Nazir vurğulayıb ki, aqrar sahədə aparılan uğurlu islahatların mühüm nəticələrindən biri də Azərbaycanın bir sıra strateji məhsullara olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi və ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığının azalmasıdır. Aqrar sektorda yüksək texnoloji emal və istehsal müəssisələrinin qurulması qida sənayesi və kənd təsərrüfatı məhsullarının ixrac həcmlərinin artmasına səbəb olub.

Heydər Əsədov bildirib ki, bu il sərgilərdə dünyanın 39 ölkəsindən 293 şirkət iştirak edir. Bu da sərginin təşkil olunduğu illər ərzində rekord göstəricidir. Bu il sərginin ümumi ekspozisiyasının 28 faizini yerli şirkətlərin, 72 faizini isə xarici şirkətlərin təşkil etməsi, eləcə də ötən illə müqayisədə qeyd olunan sərgilərin sahəsinin 37 faiz artması tədbirin qida və kənd təsərrüfatı məhsullarının nümayişi üçün mühüm beynəlxalq foruma çevrilməsindən xəbər verir.

Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko çıxış edərək bildirib ki, Belarus Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Belarusun elmi müəssisələri bu sahədə azərbaycanlı həmkarları ilə bilik və nailiyyətlərini bölüşmək əzmindədir. V.Semaşko qeyd edib ki, sərgilərdə Belarusun milli stend ilə təmsil olunması kənd təsərrüfatı sahəsində Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləyir. Belarusun sərgi meydançasında kənd təsərrüfatının bütün istiqamətləri üzrə ölkənin 60-dan çox şirkətinin məhsulu təqdim olunur.

“ITE Group Plc” şirkətinin icraçı direktoru Edvard Stroon isə çıxışında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirib.

“WorldFood Azerbaijan–2015” sərgisi şirkətlərin sayına və əhatə etdiyi əraziyə görə 15 faiz artım nümayiş etdirməklə, dünyanın 33 ölkəsini təmsil edən 151 şirkəti bir arada toplayır. Eksponentlərin ümumi sayının 26 faizini təşkil edən yerli istehsalçı və distribüterlər də böyük fəallıq göstərirlər. Sərginin daimi yerli iştirakçıları arasında ölkənin aparıcı müəssisələri – “Atena”, “Azersun Holding”, “Caspian Construction Systems”, “BMS Agro”, “Qəbələ konserv zavodu”, “Metak” və digər şirkətlər yer alır.

Hər il sərgi yeni iştirakçıları cəlb edir. Bu il Azərbaycan, Amerika Birləşmiş Ştatları, Əlcəzair, Çexiya, Niderland Krallığı və digər ölkələrin şirkətlərindən ibarət olan debütantlar sərgi iştirakçılarının 40 faizini təşkil edir. Sərgidə fərdi stendlərlə yanaşı, 5 xarici kollektiv ekspozisiya da yer alır. Argentina, Avstraliya, Belarus, Litva və Polşanın müəssisə və fabriklərinin nümayəndələri sərgi ziyarətçilərinə istər uzun illər sevilən, istərsə də Azərbaycan bazarı üçün yeni olan məhsullarını təqdim edirlər.

Sərginin ümumi ekspozisiyasında balıq, mal, qoyun və quş əti, çay və qəhvə, süd məhsulları, dondurulmuş qidalar, quru meyvələr, baqqaliyyə, qənnadı və un məmulatları, meyvə-tərəvəz məhsulları, konservlər, soyuducu sistemlər, çörəkxanalar üçün avadanlıqlar, qablaşdırma avadanlıqları və digər məhsullar nümayiş olunur.

Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançanı əhatə edən “CaspianAgro - 2015” sərgisi dünyanın 21 ölkəsindən 142 şirkəti bir araya toplayıb. Sərginin iştirakçıları arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya Respublikası, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribüterləri var. İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edirlər. Ümumilikdə, sərgi iştirakçılarının 50 faizini yeni şirkətlər təşkil edir və onlar Azərbaycanın kənd təsərrüfatı bazarında ilk addımlarını atırlar.

Sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edir. Belə ki, sərgidə maldarlıq, suvarma, irriqasiya və digər sistemlər geniş şəkildə təqdim olunur.

Kənd təsərrüfatı texnikalarının ekspozisiyası Bakı Ekspo Mərkəzinin daxilində, eləcə də açıq meydançada yerləşir. Burada “Klever”, “Rostselmaş” (Rusiya), Gəncə Avtomobil Zavodu, “Azərtexnika”, “Grand Motors” (Azərbaycan), “New Holland” (İtaliya), “Sampo” (Finlandiya), “Fliegle” (Almaniya) və “Maschio Gaspardo” (İtaliya) şirkətlərinin, eləcə də digər bu kimi istehsalçı və distribüterlərin təklif etdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını yığan texnikanı, yer şumlayan, toxum səpən maşınları, habelə kombaynlar və bütün növ kənd təsərrüfatı işləri üçün müxtəlif təyinatlı aqreqatları görmək mümkündür.

Bakı Ekspo Mərkəzinin açıq meydançasında ilk dəfə olaraq ən yaxşı yerli və xarici damazlıq heyvan cinsləri - keçi, inək, dəvə, qoyun nümayiş etdirilir.

Elə həmin gün “CaspianAgro - 2015” sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzinin konfrans zalında Rusiya İxrac Sığorta Agentliyinin (EKSAR) dəstəyi, RF İqtisadi İnkişaf Nazirliyi və RF-nin Azərbaycandakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Rusiya şirkətlərinin biznes-missiyası təşkil olunub. Biznes-missiyada təqdimatlar keçirilib, əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sərgilər mayın 23-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib