Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyici və bazar institutlarına yenidən baxış” mövzusunda beynəlxalq konfrans keçirilmişdir VİDEO

Bakı, 6 sentyabr (AZƏRTAC). Sentyabrın 6-da Bakıda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyici və bazar institutlarına yenidən baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüşlər.

“Kapital bazarlarının modernləşdirilməsi” layihəsi (CMMP) və Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) birgə təşkilatçılığı ilə keçirilən konfransda on beş ölkədən 100-dən çox nümayəndə iştirak etmişdir.

Maliyyə naziri Samir Şərifov konfransdakı çıxışında 15 il əvvəl Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının tənzimləyici qurumunun yaradılmasını bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması və ölkəmizdə 1994-1995-cı illərdə həyata keçirilən köklü iqtisadi islahatların məntiqi nəticəsi kimi qiymətləndirmişdir. Belə ki, o vaxt Azərbaycanda qiymətli kağızlar bazarının fəaliyyəti üçün vacib amillərdən biri olan özəlləşməyə start verilmiş və ölkədə özəl sahibkarlar təbəqəsi yaranmağa başlanmışdı. Bu islahatların davamı olaraq 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalanmışdır.

Maliyyə naziri ölkəmizin qiymətli kağızlar bazarının 15 ildə keçdiyi institusional inkişaf yolu və qazandığı uğurlar barədə məlumat verərək demişdir: Bu dövr ərzində qiymətli kağızlar bazarının bütün vacib institutları, əhatəli qanunvericilik bazası, ən qabaqcıl təcrübə və texnologiyalara əsaslanan effektiv əməliyyat infrastrukturu, investorlara geniş çeşidli maliyyə xidmətləri təqdim edən maliyyə vasitəçiliyi təsisatları formalaşmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 il ərzində qiymətli kağızlar bazarında ticarətin həcmi hər il orta hesabla iki dəfədən çox artaraq ölkənin qeyri-neft ümumi daxili məhsuluna nisbətdə 2 faizdən 33 faizə yüksəlmişdir. Bu illər ərzində həyata keçirilən köklü sosial-iqtisadi islahatlar və dayanıqlı sosial-iqtisadi inkişaf nəticəsində ölkə iqtisadiyyatı real ifadədə təxminən 3 dəfə artmışdır və bu dəyişikliklər qiymətli kağızlar bazarına da öz müsbət təsirini göstərmişdir. Hazırda qiymətli kağızlar bazarı qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində fəal vasitəçi kimi çıxış edərək iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Bu gün maliyyə, informasiya və kommunikasiya texnologiyaları, energetika və digər iqtisadi sektorları təmsil edən milli müəssisələr mütəşəkkil fond bazarı vasitəsilə sərmayələri cəlb etmək imkanı qazanmışlar.

QKDK-nın bütün əməkdaşlarını yubiley münasibətilə təbrik edən S.Şərifov bildirmişdir ki, qurumun ötən dövr ərzində fəaliyyəti dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Azərbaycanda qiymətli kağızlar bazarının yaradılması, formalaşması və mövcud vəziyyəti barədə danışmışdır. Qeyd olunmuşdur ki, qiymətli kağızlar bazarı Azərbaycanda maliyyə sisteminin fəaliyyətində böyük rol oynayır. Ölkəmizdə fond bazarı özəlləşdirmə prosesində yaradılmağa başlamışdır və hazırda müasir texniki tələblərə cavab verən, investorlar, emitent və digər bazar iştirakçıları üçün imkanlar yaradan maliyyə sisteminin bir seqmentidir.

Konfransda çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qərarı ilə yaradılmış Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ötən 15 il ərzində uğurlu inkişaf yolu keçmişdir. Komitə ölkəmizdə gedən nəhəng institusional quruculuq proseslərində mühüm rol oynamış və o cümlədən dayanıqlı maliyyə sisteminin formalaşmasında böyük əhəmiyyət kəsb etmişdir. Hazırda Prezident İlham Əliyev tərəfindən ölkədə qiymətli kağızlar bazarının inkişafına böyük diqqət göstərilir. Bu istiqamətdə son illərdə əhəmiyyətli işlər görülmüşdür.

Azərbaycanda maliyyə və bank sektorları arasında çox fəal əlaqələr olduğunu qeyd edən E.Rüstəmov daha sonra demişdir: Hazırda bank aktivləri və qiymətli kağızlar bazarı dövriyyəsinin həcmi qeyri-neft ümumi daxili məhsulun təxminən 100 faizinə bərabərdir və bütövlükdə qiymətli kağızlar bazarının payına bu dövriyyənin üçdə biri düşür. Banklar qiymətli kağızlar bazarının fəal iştirakçılarıdır. Bank sektoru qiymətli kağızlar bazarında həm fəal investor, həm də benefisiardır. Bu sektorun 19 milyard manatlıq aktivlərinin 1,5 milyardını qiymətli kağızlara investisiyalar təşkil edir.

Azərbaycanın əsas makroiqtisadi göstəriciləri barədə də məlumat verən Mərkəzi Bankın sədri vurğulamışdır ki, iri həcmli strateji ehtiyatlar, makroiqtisadi sabitlik, stabil valyuta siyasəti kimi amillər ölkədə müasir və inkişaf edən qiymətli kağızlar bazarının fəaliyyəti üçün əsas yaradır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə qiymətli kağızlar bazarının formalaşmasından, keçdiyi inkişaf yolundan, QKDK-nın yaradılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan danışmışdır. Bildirilmişdir ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra yeni iqtisadi sistemin uzlaşması istiqamətində çox ciddi addımlar atılmış və bu sistemin mühüm strukturlarından biri olan qiymətli kağızlar bazarının inkişafı üçün təsirli tədbirlər görülmüşdür. QKDK Azərbaycanın iqtisadi strukturları arasında yüksək peşəkarlığına görə fərqlənir, problemlərə milli maraqlar baxımından yanaşmaq, eyni zamanda qloballaşan dünyaya inteqrasiya istiqamətində çox düzgün mövqe seçmişdir. Bu gün komitə ölkənin davamlı iqtisadi inkişafının təmin olunmasında vacib rol oynayır və qarşısında duran vəzifələri bundan sonra da uğurla həyata keçirəcəkdir.

Konfransın “İnkişaf etməkdə olan ölkələrdə kapital bazarı tənzimlənməsi: Düzgün balansı necə müəyyən etməli?” adlı birinci panelində və “Kapital bazarlarının peşəkar iştirakçılarının tənzimləyici mühitdə dəyişikliklərə uyğunlaşması” adlı ikinci panelində məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Konfrans çərçivəsində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyası arasında məlumat mübadiləsi haqqında anlaşma memorandumu imzalanmışdır.

Sənədi Azərbaycan tərəfdən QKDK-nın sədri Rüfət Aslanlı Ukrayna tərəfdən isə Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyanın rəhbəri Dmitri Tevelev imzalamışdır.

 

Bakıda “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyici və bazar institutlarına yenidən baxış” mövzusunda beynəlxalq konfrans keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir