İDMAN


Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 16-dan 25-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sonuncu lisenziya yarışında yalnız kişi boksçular iştirak edəcəklər. Artıq yarışda çıxış edəcək boksçularımızın adı məlumdur. Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) doğma rinqdə Olimpiadaya lisenziya qazanmağa çalışacaqlar.

R.Hüseynovun işi daha çətin olacaq. Çünki ən yüngül çəkidə yalnız finalçılar Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər. Turnirdə 75 və 81 kiloqram çəki dərəcəsində isə ilk beşlikdə yer alanlar “Rio-2016”da iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.