CƏMİYYƏT


Bakıda havanın çirklənməsinin qarşısının alınması məqsədilə boya sexinə “məcburi göstəriş” verilib

Bakı, 17 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında fəaliyyət göstərən “Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim Şirkəti”nin boya sexində istifadə olunan kimyəvi maddələrin iy-qoxusunun ətrafa yayıldığı müşahidə olunub. Nazirliyin mütəxəssisləri həmin ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparıblar. Nəticədə nümunələrdə zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və şirkət barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 10 min manatdan 12min 500 manat məbləğinədək cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün şirkətə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.