İDMAN


Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununun daha bir səfiri müəyyənləşib

Bakı, 19 aprel, AZƏRTAC

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, bu səfir Rusiyanın “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədovdur.

O, UEFA Avropa Liqası 2019-un final oyunun səfiri kimi aprelin 20-21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.