MƏDƏNİYYƏT


Bakıda kitab sərgi-yarmarkası təşkil edilib

Bakı, 16 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş kitab bayramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar kitab sərgi-yarmarkası ilə yaxından tanış olublar. Sonra müxtəlif viktorinalar, əyləncəli oyunlar, müsabiqələr, imza saatları keçirilib. Tədbir çərçivəsində Əməkdar Artist Elza Seyidcahanın müəllifi olduğu “Bir dəlinin rəssamı” kitabının təqdimatı olub.

Tədbirin bədii hissəsi Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçalanlar qrupunun ifası ilə başlayıb. Konsert proqramı 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” rəqs qrupunun ifasında “Azərbaycan” adlı rəqs kompozisiyasının səsləndirilməsi ilə davam edib. Kitab bayramında Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 10-dək geniş kitab sərgisi ilə oxucuların görüşünə gəlib. Sərgi çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti”, “Milli Qəhrəmanlar” adlı stendlər də ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılmasına, maarifləndirilməsinə və kitabların təbliğinə nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.