CƏMİYYƏT


Bakıda koronavirusla mübarizə məqsədilə uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsinə start verilib

Bakı, 5 aprel, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə rəsm müsabiqəsinə start verilib. Yeniyetmələr və aşağı yaş qrupları üzrə şagirdlər “Evdə qal, Azərbaycan!” çağırışına çəkdikləri rəsmlərlə qoşulublar. Məqsəd bu uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, həm də COVID-19 barədə nə qədər məlumatlı olmaqlarını üzə çıxarmaqla onları maarifləndirməkdir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, uşaqlar rəsm işləri vasitəsilə koronavirus infeksiyasının bütün dünyaya mənfi təsirini, eyni zamanda, onunla mübarizə aparan qəhrəmanları göstərməyə çalışırlar.

Həftənin sonunadək Baş İdarənin elektron ünvanına minə qədər belə rəsm işinin daxil olması gözlənilir. Karantin müddəti bitdikdən sonra isə ən yaxşı işlər Baş İdarə tərəfindən mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.