MƏDƏNİYYƏT


Bakıda məşhur fotoqraf Sven Marquardın sərgisi açılacaq

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 24-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində məşhur fotoqraf Sven Marquardın sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, “Goethe-Zentrum Baku” tərəfindən “Kapellhaus”a gətirilən “Altar” audiovizual instalyasiya Svenin tanınmış texno-klub fiquru DJ və musiqi prodüseri Marcel Dettmannla əməkdaşlığının nəticəsidir. Onun musiqisi Sven Marquardın dəyişən şəkillərində sürpriz və emosiyalar arasında balans yaradaraq sərginin ziyarətçilərində Berlinin gecə atmosferini yaşadacaq.

Sərgi martın 7-dək davam edəcək.

Qeyd edək ki, son on ildə Sven Marquard Berlinin gecə həyatının məşhur şəxsiyyətlərini təsvir edən bir fotoqraf kimi tanınıb. Marquard analoq avadanlıqdan istifadə etdiyi ağ-qara rəngli portretlərində dostlarını, həmkarlarını və yoldaşlarını təsvir edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.