İQTİSADİYYAT


Bakıda pərakəndə ticarətdə xərclənilən vəsaitin 38,2 faizi ərzaq məhsullarına sərf olunub

Bakı, 6 oktyabr, AZƏRTAC

Səkkiz ayda Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,1 faiz artaraq 12450,6 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,1 faiz üstələyərək 12445,6 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin müvafiq göstəricisi ilə müqayisədə orta hesabla ayda 32,0 manat daha çox vəsait xərcləyib.

2018-ci ilin hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,1 faiz artaraq 5530,1 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 6920,5 milyon manat olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz artaraq 55,6 faiz təşkil edib.

2018-ci ilin əvvəlindən istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,2 faizi ərzaq məhsullarının, 6,2 faizi içkilər və tütün məmulatlarının, 12,3 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,4 faizi elektrik malları və mebelin, 2,7 faizi kompüterlər, telekommunikasiya avadanlığı və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 7,6 faizi avtomobil yanacağının, 26,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 24,7 milyon manatlıq və ya 2017-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.