İQTİSADİYYAT


Bakıda rəqəmsal kənd təsərrüfatı üzrə beynəlxalq konfrans işə başlayıb VİDEO

Bakı, 6 may, C.Rüstəmov, AZƏRTAC

Bakıda rəqəmsal kənd təsərrüfatı üzrə beynəlxalq konfrans keçirilir. “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu və çox sayda tərəfdaş ölkənin kənd təsərrüfatı nazirləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Kənd təsərrüfatında elektron hökumət xidmətləri – kənd yerlərinin inkişafı, rəqəmsallaşma və modernləşməyə keçid nöqtəsi”, “Rəqəmsal kənd təsərrüfatının sürətləndirilməsi: problemlər, perspektivlər və məlumat üçün davamlı yollar, əlçatanlıq və etik istifadəsi” mövzularında panel müzakirələr aparılacaq, “Kənd təsərrüfatında rəqəmsallaşma: irəliyə doğru yol, adaptasiya üçün yanaşmalar və qabaqcıl təcrübələr” mövzusunda nazirlərin dəyirmi masası təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.