CƏMİYYƏT
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq
Bakı, 10 sentyabr, AZƏRTAC
Ölkə ərazisində sentyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19- 22°, gündüz 27-32°, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır.
Atmosfer təzyiqi norma daxilində-760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 11-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 18- 23° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 31-36° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 28-32° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 24-29° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 22-26° isti olacağı ehtimalı var.